Icma.az
close
up
RU
Kremlin yeni iddiası: “Rusiya ordusu ABŞ dan da güclüdür“ Nikolay Patruşev

Kremlin yeni iddiası: “Rusiya ordusu ABŞ dan da güclüdür“ Nikolay Patruşev

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Patruşev Trampın "kağız pələng" bənzətməsinə Qərbə meydan oxumaqla cavab verib..."

Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev dövlət televiziyasında iddia edib ki, Rusiya ordusu dünyanın ən güclü silahlı qüvvələridir və ABŞ da daxil olmaqla heç bir ölkə onunla müqayisə oluna bilməz.

Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri yazıb.

"Biz hamıdan güclüyük"

Patruşevin sözlərinə görə, "hərbçilər yaxşı bilir ki, biz indi hərbi baxımdan istənilən dövlətdən üstünük. ABŞ-ı çoxları ən güclü ordu hesab edir, amma bu, belə deyil. Bizim ordumuz daha güclüdür və cavab verməyə qadirdir". Patruşev əlavə edib ki, yalnız ordunun gücü ilə bütün Avropanın "təcavüzünü" saxlamaq mümkün deyil, daxildəki dəstək həlledici əhəmiyyət kəsb edir.

Trampın "kağız pələng" bənzətməsi

ABŞ prezidenti Donald Tramp bundan öncə Rusiyanı məsxərəyə qoyaraq bildirib ki, Rusiya ordusunun real gücü şübhə doğurur. O, xatırladıb ki, Moskva artıq üç ildən çoxdur Ukraynada müharibə aparır, halbuki "həqiqi gücə malik dövlət belə müharibəni bir həftədən az müddətdə bitirərdi".

Tramp Rusiyanı "kağız pələng" adlandıraraq qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna öz ərazilərini geri qaytara bilər. Bu qiymətləndirmə ilə Rusiya tərəfindən məhkum edilmiş sabiq komandir, hərbi cani İqor Girkin də razılaşıb. O, "üç ildən çox kiçik bir ölkəyə qarşı uğursuz müharibə aparmaq" faktını Rusiya ordusunun zəifliyi kimi dəyərləndirib.

Orduya yeni çağırışlar və artan say

Patruşevin bəyanatı ilə eyni günlərdə Rusiyada payız çağırışı başlayıb. Bu, son doqquz ilin ən genişmiqyaslı səfərbərliyi sayılır. Cari ildə 135 min nəfərin hərbi xidmətə göndərilməsi planlaşdırılır. 2024-cü ildə Putin ordu heyətinin sayını 2,3 milyona çatdırmaq barədə fərman imzalayıb. Bunun 1,5 milyonu hərbi qulluqçulardan ibarət olacaq. Kreml bunu "Rusiyanın sərhədləri boyunca artan təhdidlər" ilə izah edir.

Hərbi ritorika və reallıq arasındakı uçurum

Kremlin iddialı bəyanatları fonunda Ukraynada davam edən müharibə əksini göstərir: Rusiya ordusu böyük itkilər versə də, qələbə qazana bilmir. Moskva daxili səfərbərlik və təbliğatla öz gücünü nümayiş etdirməyə çalışsa da, həm Qərb, həm də Rusiya daxilindəki bəzi səsli fiqurlar bu iddiaları inandırıcı hesab etmir. Rusiya ordusu haqqında "dünyanın ən güclüsü" ritorikası Kremlin daxili auditoriyaya yönəlmiş təbliğat xətti olsa da, müharibə reallığı onun imkanlarının ciddi şəkildə şişirdildiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri