Kreyq Harrison: “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda TNS-i məğlub edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra Uels təmsilçisinin baş məşqçisi Kreyq Harrisonun mətbuat konfransı keçirilib.
“Çox uzun məsafə qət etdik. Bu bizim üçün çox çətin oldu. Çalışırdıq ki, oyunda qala bilək. Ev matçında sərfəli nəticə qazanmağa çalışacağıq. İlk hissədə gücümüzü daha çox sərf etdik. İkinci hissədə “Sabah” topla çox oynadı və bizi yordu. Əsas odur ki, ilk hissədə qapımızı qorumağı bacardıq. Birinci yarıda daha çox hücumameyilli oynamaq istəyirdik. Dediyim kimi, cavab oyunumuz var. Yaxşı nəticə qazanmağa çalışacağıq. Növbəti mərhələyə ümidim var.
Məqsədimiz o deyildi ki, burada daha çox vaxt keçirək. Əksinə, burada yaxşı nəticə qazanmağa çalışırdıq. Qarşılaşmanın cavab oyunu var və biz evdə yaxşı nəticələr qazana bilirik. Ona görə də, ümidliyik. Biz demək olar ki, Uelsdən bura gəlməyə iki günümüzü sərf etdik. Məsafə məsələsi ilə “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Rəqibin yaxşı baş məşqçisi var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 İyul 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















