Icma.az
close
up
RU
Krım məsələsi artıq müzakirə predmeti deyil ŞƏRH

Krım məsələsi artıq müzakirə predmeti deyil ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna uzunmüddətli atəşkəsin elan edilməsini və daha sonra danışıqlara başlanılmasını istəyir


Rusiya prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-dən 11-dək atəşkəs elan edir. Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır. Kremlin yaydığı bəyanatda vurğulanıb ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır: "Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək". 


Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs qərarına münasibət bildirib. A.Sibiqa qeyd edib ki, əgər Rusiya doğrudan da sülh istəyirsə, hərbi əməliyyatları dərhal dayandırmalıdır. O, Putinin elan etdiyi birtərəfli atəşkəs müddətinə şübhə ilə yanaşdığını vurğulayıb: "Əgər Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. Niyə mayın 8-nə qədər gözləyir? Əgər yanğın indi və hər hansı bir tarixdən sonra 30 gün ərzində dayandırıla bilərsə, deməli, bu, realdır, təkcə parad üçün deyil. Ukrayna davamlı və tam atəşkəsi dəstəkləməyə hazırdır. Bizim daim təklif etdiyimiz budur, ən azı 30 gün". 

Ağ Evin mətbuat katibi Karolin Levit isə bildirib ki, ABŞ Ukraynada müvəqqəti fasilələr yox, daimi atəşkəs görmək istəyir: "Mən başa düşdüm ki, Prezident (Vladimir) Putin bu səhər müvəqqəti atəşkəs elan edib. Prezident (Tramp) daimi atəşkəs görmək istədiyini açıq şəkildə bildirib". Ağ Ev sözçüsü bildirib ki, Prezident Tramp razılığın əldə olunacağına nikbin baxsa da, eyni zamanda realistdir: “Prezident Donald Tramp hələ də münaqişəyə son qoymaq perspektivlərinə nikbin baxır”. 


Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ukrayna uzunmüddətli atəşkəsin elan edilməsini və daha sonra danışıqlara başlanılmasını istəyir. Rusiya isə bunu qəbul etmir. Ekspert bildirib ki, Moskvaya görə, uzunmüddətli atəşkəsin qəbul edilməsi Ukraynanın güclənməsinə gətirib çıxaracaq: 

"Rusiya danışıqlarda əldə edilən nəticələrdən sonra atəşkəsin elan edilməsinə razı olduqlarını bildirir. Bu da Rusiya ilə Ukrayna arasında ciddi fikir ayrılığı deməkdir. ABŞ, daha doğrusu, Respublikaçılar Partiyası və onun rəhbəri Donald Tramp de-yure Krımı tanıyıb. De-fakto isə 4 vilayətin Rusiyanın tərkibinə daxil olmasını qəbul edib. ABŞ Rusiyaya qarşı sanksiyaların gələcəkdə aradan götürülməsini istəyir. Ola bilsin, iyul ayından sonra Macarıstanın da iştirakı ilə Rusiyanın 300 milyard dollara yaxın aktivlər məsələsinə aydınlıq gətirilsin. Əslində, indi top Avropa tərəfindədir. Bildiyimə görə, Rusiyanın ABŞ-də aktivləri azdır. Avropa ölkələrində isə 200 milyard dollardan çoxdur. Hazırda həmin aktivlər dondurulub. Həmin aktivlər ya üçüncü aktivə köçürülməli, ya da açılmalıdır. ABŞ-nin istəyi ondan ibarətdir ki, əgər onların maraqları çərçivəsində nəticə olarsa, aktivlərin açılması məsələsinə baxılacaq". 


Analitikin qənaətincə, Rusiya Ukraynanın hərbsizləşdirilməsinə nail olmaq istəyirdi: 

"Lakin bu, alınmadı və Rusiya bunun əvəzində Ukraynanın NATO-ya daxil edilməməsi ilə bağlı Qərbdən razılıq aldı. Almaniya mətbuatı yazır ki, Rusiya Xerson vilayətinin bəzi kəndlərini Ukraynaya təhvil verməyə hazırdır. Zelenskinin geri çəkiləcəyi iddia olunurdu, amma Zelenski bu gün hücum diplomatiyasından danışır. Ukrayna rəhbəri bildirir ki, heç bir ərazi mübadiləsindən, geri çəkilməkdən söhbət gedə bilməz. Amma Krım məsələsi müzakirə predmeti deyil. Danışıqlar predmeti Ukraynanın Şərqi və Cənub-şərqi əraziləri ilə bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri