KRIM YENƏ YANIR Ən böyük neft anbarı və strateji zavod vuruldu (VİDEO
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
İşğal altında olan Krım yenə alova bürünüb.
Hurriyyet.az xəbər verir ki, Ukrayna və Rusiya mediasının yazdığına görə, yarımadaya növbəti kütləvi PUA hücumu həyata keçirilib.
Qeyd olunur ki, Krımın Feodosiya şəhərinə PUA hücumu nəticəsində yerli neft anbarında güclü yanğın baş verib. Məlumata görə, ilk olaraq Novofedorovkadakı Saki aerodromuna zərbələr endirilib. Partlayışlar gecə yarısından sonra baş verib.
Ardınca Feodosiya, Yevpatoriya, Simferopol ərazisində, həmçinin Kaça aerodromunun yerləşdiyi Andreyevka kəndi yaxınlığında partlayışlar qeydə alınıb.
Daha sonra Feodosiyadakı neft anbarı vurulub. Məlumata görə, zərbə Feodosiya neft terminalında yanacaq çəninin partlamasına səbəb olub, güclü yanğın onlarla kilometr məsafədən görünüb.
Bundan başqa, Yevpatoriya ilə Uyutnoye kəndi arasındakı hərbi bazaya zərbə endirilib. İlkin məlumatlara görə, obyektdəki radarlardan biri sıradan çıxarılıb.
Daha sonra Sevastopolda ondan çox partlayış səsi eşidilib. Həmçinin, PUA-ların Rusiyanın Dzerjinsk şəhərinə hücum etdiyi bildirilir. İlkin məlumatlara görə, Rusiyanın ən böyük sənaye partlayıcıları istehsalçılarından biri olan strateji əhəmiyyətli Sverdlov zavodunda yanğın baş verib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ötən ilin oktyabrında da Feodosiya neft bazasına hücum edib. Bu neft anbarı işğal olunmuş Krımda ən böyük neft bazasıdır. Onun ümumi tutumu 250.000 tondur və bu, həm Rusiya donanmasının gəmilərini, həm də quru qüvvələrini yanacaqla təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















