Krımda Espanyola briqadasının lideri məhv edildi O, kim idi? (VİDEO)
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müvəqqəti işğal olunmuş Krımda Ukraynaya qarşı vuruşan "Espanyola” briqadasının keçmiş lideri güllələnib. İşğalçı silah alverində və mütəşəkkil cinayət qrupunda (MCQ) iştirakda şübhəli bilinirdi.
Qaynarinfo ASTRA-ya istinadla yazır ki, dekabrın 22-də Moskvada ultra-sağçı "Espanyola” briqadasının keçmiş lideri Stanislav Orlovla ("İspanets”) vida mərasimi keçirilir. Onu Priqojin, "Motorola” və Ukraynaya qarşı müharibədə iştirak etmiş digər tanınmış komandirlərlə müqayisə edirlər.
Qeyd olunur ki, "İspanets” 44 yaşında idi. O, dekabrın 4-də işğal olunmuş Sevastopolda (Krım) bağ evində güllələnib. ASTRA-nın məlumatına görə, bu hadisə Z-icması üçün son illərin ən səs-küylü qətllərindən biridir.
"Dekabrın 10-dan sonra Z-icmasında Orlovun yoxa çıxması ilə bağlı yalnız təsdiqlənməmiş şayiələr dolaşırdı. Ölüm səbəbi isə hələ də hətta "Espanyola”nın özündə belə açıqlanmayıb”, – nəşr yazır.
Jurnalistlər müəyyən ediblər ki, "İspanets” Sevastopolda yerləşən "Flotski” bağçılıq kooperativində öldürülüb. O, ölümündən öncəki son həftələri burada keçirirmiş.
"Flotski” Sevastopolun qərb hissəsində, Krım yarımadasında sakit bir ərazidir. Qara dəniz sahilinə təxminən 3–5 km məsafə var. Bu bağçılıq cəmiyyəti adətən xəbərlərə düşmür. Lakin 4 dekabr 2025-ci ildə sakinlər sarsıldı – 51 nömrəli evdə atışma baş vermişdi”, – ASTRA yazır.
ASTRA-nın əldə etdiyi müşahidə kameralarının görüntülərinə görə, dekabrın 4-də saat 12:17-də 51 nömrəli evin qarşısına dörd avtomobil gəlib. Avtomobillərdən üzləri maskalı, avtomat silahlı şəxslər düşüb. Şahidlərin sözlərinə görə, bir neçə atəş səsi eşidilib, Orlov isə müqavimət göstərməyib. Yalnız altı saat sonra – saat 18:36-da – təcili tibbi yardım gəlib. Bir neçə dəqiqə sonra tibb işçiləri cəsədi çıxarıb aparıblar. Hüquq-mühafizə orqanları isə evdə axtarış aparmaq üçün qalıb.
ASTRA mənbələrinin məlumatına görə, "saxlama cəhdi”nin səbəbi Orlovun silah alverində və MCQ-də iştirakda şübhəli bilinməsi olub. Axtarışlar qaraj kooperativində, Orlovun evində, həmçinin Mikryukov su anbarı ərazisində – ehtimal ki, "Espanyola”nın daha bir kiçik bazasının yerləşdiyi yerdə aparılıb.
Təhlükəsizlik qüvvələri Orlovun təsərrüfat işlərinə baxan, quş və heyvanlara qulluq edən Roman Dudnikovu saxlayıblar.
Stanislav Orlov 2014-cü ildən etibarən Ukraynanın şərqində Rusiya tərəfində döyüşən tanınmış rus "ultra-könüllülərindən” biri idi. O, İkinci Çeçen müharibəsində iştirak edib. 2014-cü ildə Krıma gedərək digər futbol fanatları ilə birlikdə Ukraynaya məxsus Krımın ilhaqında iştirak edib. Daha sonra Donbasa yollanıb və "Vostok” batalyonunun tərkibində olan "Kəllə və sümüklər” adlı qorlovka kəşfiyyat rotasına rəhbərlik edib. "İspanets” ləqəbini xarici dilləri yaxşı bildiyi üçün alıb.
2022-ci ilin yazında Orlov keçmiş döyüşçülərdən, ultra-sağçı fəallardan və futbol azarkeşlərindən ibarət bir dəstə yaradıb. Bu dəstə əvvəlcə "DNR”in "Vostok” batalyonuna daxil olub, daha sonra isə müstəqil özəl hərbi qurum – "Espanyola” (və ya 88-ci kəşfiyyat-diversiya briqadası "Espanyola”) kimi formalaşıb.
Qeyd olunur ki, silah alveri və MCQ-də iştirak şübhəsi ilə əvvəllər "Espanyola”nın tanınmış üzvlərindən biri – dəniz dəstəsinin keçmiş komandiri, "Altay” ləqəbli Ruslan Kazantsev də saxlanılıb. O, Rusiyada "ilk dəniz ÇVK-sı” adlandırılan qruplaşmanı yaradıb. Bu bölmə işğal olunmuş Krımda, xüsusən qaz hasilatı platformalarının mühafizəsi ilə məşğul olub.
Jurnalistlərin yazdığına görə, Böyük Britaniya 2024-cü ilin noyabrında "Espanyola”ya qarşı sanksiyalar tətbiq edib. 2025-ci ilin aprelində isə bu qurumda Ukraynanın mülki əhalisi "qanuni hədəf” adlandırılıb.
Xatırladaq ki, neft-qaz platformaları ətrafında Ukrayna Müdafiə Qüvvələrinə qarşı məhz Rusiyanın "Espanyola” dəniz dəstəsi fəaliyyət göstərir. Bildirilirdi ki, Ukrayna qüvvələri 2023-cü ildə bu obyektlərin bir hissəsini geri qaytara bilib, lakin işğalçılar onları yenidən ələ keçirməyə çalışırlar.
Vurğulanır ki, "Espanyola”nın dəniz dəstəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi tərkib hissəsi deyil, lakin onunla əməkdaşlıq edir. Komandanlıq bu bölməni Rusiyada mümkün "ilk dəniz özəl hərbi şirkəti” kimi təqdim edir və ölkədə ÇVK-lar haqqında qanun qəbul olunacağı təqdirdə statusunun leqallaşacağına ümid edir. Hazırda isə belə qurumlara yalnız regional qubernatorların icazəsi ilə fəaliyyət göstərmək mümkündür.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















