“Krımın geri qayıtması üçün on minlərlə insanımızı itirə bilmərik Zelenski
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Krımın geri qayıtması üçün on minlərlə insanımızı itirə bilmərik”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Fox News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna heç bir işğal edilmiş ərazini, xüsusən 2014-cü ildən bəri ələ keçirdiyi əraziləri Rusiya kimi tanımır və sülh sazişi ilə Krımı verməyə hazır deyil. O vurğulayıb ki, Krım ciddi insan itkisi olmadan diplomatik yolla qaytarıla bilər.
Zelenski sülh sazişinə əsasən Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın əlində qalmasına razı olub-olmadığı sualına belə cavab verib: “Biz Ukraynanın heç bir işğal olunmuş ərazisini hüquqi olaraq Rusiya kimi tanıya bilmərik. Söhbət o ərazilərdən gedir ki, tam miqyaslı işğaldan əvvəl, 2014-cü ildən bəri Putin tərəfindən işğal olunub. Hüquqi baxımdan biz bunu tanımırıq, qəbul etmirik”.
Jurnalist Krımla bağlı sual verib: “Vladimir Putin çox açıq şəkildə bildirdi ki, Krım heç vaxt Ukraynaya qayıtmayacaq. Müharibəyə son qoyacaq və Avropada axan qanı dayandıracaq sülh müqaviləsi üçün Krımdan imtina etməyə hazırsınızmı?
Zelenski cavabında “artıq demişəm ki, Krımı diplomatik yollarla qaytarmağa hazırıq. Krımın geri qayıtması üçün on minlərlə insanımızı itir bilmərik… Biz başa düşürük ki, Krımı qaytarmaq olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















