Krımın rəhbəri miqrasiya siyasətinin sərtləşdirilməsini təklif edir
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
...Krımın rəhbəri Sergey Aksyonov Rusiyanın miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edərək, xüsusən işləməyə gələn xarici vətəndaşlara ailələrini ölkəyə gətirmələrini qadağan etməyi təklif edib.
SİA-nın məlumatına görə, o, bu barədə özünün Telegram kanalında bildirib.
Aksyonov əmindir ki, miqrantların iş icazəsi əsasında Rusiya vətəndaşlığını əldə etmə imkanını ləğv etmək lazımdır. Gəldik, işlədik, sağ olun, əlvida, mövqeyini lakonik şəkildə formalaşdırıb.
Krım rəhbəri hesab edir ki, etnik cəhətdən ayrı-ayrı ərazilər yaratmaq cəhdləri qanunvericilik səviyyəsində qətiyyətlə yatırılmalıdır.
Qanunu pozan miqrantlar üçün isə yalnız bir yol var - Rusiyadan deportasiya,-deyə o vurğulayıb.
Aksyonov əlavə edib ki, o, Dövlət Dumasına baxılmaq üçün lazımi normativ aktların hazırlanması barədə göstəriş verib. O, vurğulayıb ki, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi milliyyət və ya dinə görə ayrı-seçkiliyin təzahürü kimi yox, yalnız ölkənin milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbir kimi qiymətləndirilməlidir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 May 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















