Krımın tanınması Avropanı silkələdi Mərkəzi Asiyanı da itirə bilərlər
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qərbin Krımın Rusiya ərazisi kimi tanınmasından sonra Mərkəzi Asiyanı da itirmək qorxusu böyüyür.
Turkustan.az xəbər verir ki, “The National Interest” nəşri Avropa və ABŞ-ın Krım məsələsində ciddi geosiyasi məğlubiyyətlə üzləşdiyini yazır. Məqalədə bildirilir ki, yarımadanın Rusiya tərəfindən tam nəzarətə götürülməsi Moskvanın Qara dənizdə üstünlük əldə etməsi və sonrakı mərhələdə Cənubi Qafqazı da nəzarət altına alması ilə nəticələnə bilər.
Nəşr xəbərdarlıq edir ki, bu proses nəticəsində Rusiya rəqibləri üçün bütün Transxəzər ticarət dəhlizlərini bağlamaq gücünə çata bilər. “Amerika və Avropa üçün bu, nəhəng strateji məğlubiyyətdir”, – deyə məqalədə vurğulanır.
Həmçinin qeyd olunur ki, Mərkəzi Asiya regionu nadir yeraltı sərvətlər baxımından Ukraynadan qat-qat zəngindir. Bu fakt da regionun geosiyasi dəyərini daha da artırır və Qərbin itirmək istəmədiyi əsas səbəblərdən biridir. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















