Icma.az
close
up
RU
Kriminal keçmiş və 25 min manatlıq cərimə: Özəl klinikalarda DİPLOMSUZ HƏKİM problemi

Kriminal keçmiş və 25 min manatlıq cərimə: Özəl klinikalarda DİPLOMSUZ HƏKİM problemi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bəzi özəl tibb müəssisələrində ixtisası və lazımi sertifikatı olmayan şəxslərin həkim kimi çalışması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq doğurur. Sosial şəbəkə platformalarında və mediada zaman-zaman saxta diplomla işləyənlər, qeyri-ixtisas sahiblərinin pasiyent qəbul etməsi, pasiyent ölümləri ilə bağlı faktlar gündəmə gəlir. Bu hallar, sadəcə, fərdi pozuntular deyil, sistemli nəzarət mexanizmlərindəki boşluqların nəticəsi kimi qiymətləndirilir.

Bəs ölkədə fəaliyyət göstərən özəl klinikalarda həkimlərin işə qəbul prosesinə kim nəzarət edir? İşə götürülən şəxsin tibbi təhsili, ixtisası, peşə fəaliyyəti üçün tələb olunan sertifikatı yoxlanılırmı? Qanunvericilik bu sahədə hansı normaları müəyyən edir və bu normaların tətbiqi nə dərəcədə təmin olunur?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, hər bir tibb müəssisəsi qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidir və işə qəbul prosesi zamanı şəffaflıq təmin olunmalıdır:

"Əgər bir şəxs hər hansı klinikada işə götürülürsə, bu zaman onunla əmək müqaviləsi qanunvericiliyə əsasən bağlanmalıdır. Tibb işçisi kimi fəaliyyət göstərməsi üçün isə onun müvafiq sənədləri - ali tibb təhsilini təsdiq edən diplomu, rezidentura təhsili barədə sənədi, keçdiyi kurslara dair sertifikatları və praktiki fəaliyyət icazəsini sübut edən şəhadətnaməsi olmalıdır. Bu tələblər olmadan heç kim nə həkim, nə də tibb bacısı kimi fəaliyyət göstərə bilməz".

M.Məmmədli qeyd edib ki, bəzi hallarda ixtisası və icazəsi olmayan şəxslərin klinikalarda çalışması ciddi təhlükə yaradır:

"Belə hallar sui-istifadədir və yolverilməzdir. Tibb müəssisələri onlara verilmiş lisenziyaya uyğun fəaliyyət göstərməlidir. Monitorinqlərin sayı artırılmalı və nəzarət davamlı olmalıdır ki, kimdəsə arxayınlıq yaranmasın. Qanunvericilik var və hər kəs ona əməl etməlidir".

Deputat, həmçinin cəmiyyətdə narahatlıq doğuran bir faktı da diqqətə çatdırıb:

"Məndə olan məlumata görə, korrupsiya cinayətinə görə məhkəmə hökmü çıxmış şəxs hazırda özəl klinikada rəhbər vəzifədə çalışır. Bu şəxs vaxtilə dövlət xəstəxanasında da rəhbər olub. Düşünürəm ki, belə şəxslər istər dövlət, istərsə də özəl sektorda tibb müəssisələrində rəhbər vəzifələrdə olmamalıdırlar. Hər kəs səhv edə bilər, amma korrupsiya kimi ağır maddələrlə ittiham olunmuş şəxslərin rəhbər vəzifədə işləməsinə yol verilməməlidir".

Deputat bu cür halların qanunvericilikdəki boşluqdan deyil, şəxsi maraqlar naminə edilən pozuntulardan qaynaqlandığını qeyd edib.

O əlavə edib ki, hazırda Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi formalaşmaqdadır:

"Bu mərkəz fəaliyyətə başladıqdan sonra həm dövlət, həm də özəl sektor üzrə tibb müəssisələrində keyfiyyətə nəzarətə ciddi şəkildə töhfə verəcək".

Sonda Müşfiq Məmmədli cəmiyyətə və işəgötürənlərə çağırış edib:

"Sertifikatı olmayan və ya onu qeyri-qanuni yollarla əldə edən şəxslərin öz vicdanı olmalıdır. İnsan sağlamlığı ilə oynamaq olmaz. İşəgötürənlər də anlamalıdırlar ki, belə hallara yol verilərsə, nəzarət mexanizmləri bunu gec-tez üzə çıxaracaq".

Məsələ ilə bağlı hüquqşünas Asim Abbasov da Oxu.Az-a açıqlamasında xatırladıb ki, ölkəmizdə həkimlərin işə qəbuluna nəzarəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi şəxsi yaradılıb.

O qeyd edib ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətlərinin göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Hüquqşünas bildirib ki, özəl tibb müəssisələrinin tibb işçiləri "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər və sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.

A.Abbasov qeyd edib ki, özəl tibb müəssisələrində həkimlərin işə qəbulu zamanı müəssisələr bir sıra qanuni və etik qaydalara riayət etməlidirlər:

"Bu qayda və prinsiplər, əsasən, dövlət səhiyyə müəssisələrinə aid olsa da, özəl müəssisələr də bu qayda və prinsiplərə riayət etməlidir. Bu qaydalar Azərbaycan Respublikasının əmək və səhiyyə qanunvericiliyi ilə tənzimlənir. Müəssisə tərəfindən həkimlərlə əmək müqaviləsi yazılı şəkildə bağlanmalı, həkimə əmək kitabçası açılmalı və onun iş fəaliyyəti rəsmiləşdirilməlidir, həmçinin əməkhaqqı və iş saatları qanunvericiliyə uyğun olmalıdır. İşçinin hüquqları (məzuniyyət, sosial sığorta və s.) qorunmalıdır. Bundan başqa, həkim yalnız tanınmış diplom və müvafiq ixtisas sertifikatı əsasında işə qəbul edilə bilər. Səhiyyə Nazirliyi tərəfindən tanınmamış diplomlarla işə qəbul qanunsuz sayılır. Həkimin peşə fəaliyyətinə qadağa qoyulmayıbsa və ya etik pozuntulara görə lisenziyası ləğv edilməyibsə, o, işə qəbul edilə bilər".

A.Abbasov əlavə edib ki, həkimlərin işə qəbulunda etik normalar və peşə davranışı da əsas götürülməlidir. Klinikalar diskriminasiyaya yol verməməli, seçim zamanı yalnız peşə keyfiyyətlərini əsas götürməlidirlər:

"Eyni zamanda, müəssisə tərəfindən namizədlərin təqdim etdiyi şəxsi məlumatlar (CV, diplom, tibbi sənədlər) məxfi saxlanılmalı və yalnız işə qəbul məqsədilə istifadə olunmalıdır. İşə qəbul edilən həkim icbari tibbi sığorta ilə təmin olunmalıdır. İş şəraiti əmək mühafizəsi və işçi təhlükəsizliyi qaydalarına uyğun təşkil edilməlidir. Həkimlərin işə qəbul qaydalarının pozulmasına görə özəl tibb müəssisələri inzibati, mülki və bəzi hallarda cinayət məsuliyyəti daşıya bilərlər. Bu məsuliyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilirlər".

Hüquqşünas bildirib ki, Mülki Məcəlləyə əsasən, həkim və ya xəstə hər hansı hüquqi pozuntu nəticəsində maddi və ya mənəvi zərər görərsə, özəl müəssisə təminat ödəməyə və zərərlə bağlı məsuliyyət daşımağa məcbur edilə bilər:

"Əgər işə qəbul zamanı saxta diplom, sertifikat və ya sənəddən istifadə edilərsə və müəssisə bu sənədləri bilərəkdən qəbul edərsə, bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmış olur. Həkimlərin işə qəbul qaydalarının pozulmasına görə özəl tibb müəssisələrinə Səhiyyə Nazirliyi tərəfindən inzibati tədbirlər də tətbiq edilə bilər. Belə bir məlumat daxil olduqda nazirlik müəssisəyə cərimə, lisenziya xəbərdarlığı və ya müvəqqəti fəaliyyətin dayandırılmasını tətbiq edə bilər. Sertifikatsız və ya lisenziyasız fəaliyyət aşkar edilərsə, klinikanın lisenziyası ləğv edilə bilər".

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:508
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri