Kriptoaktivlər bazarı haqqında qanun layihəsi hazırlanıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Mərkəzi Bankda fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.
"APA-Economics" Mərkəzi Banka istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Fintex Assosiasiyasına (AzFina) üzv olmayan təşkilatların nümayəndələri ilə görüşüb.
Müzakirə zamanı Mərkəzi Bank tərəfindən maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri olan Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 26 Fevral 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















