Icma.az
close
up
RU
Kriptovalyuta bazarı: “Azərbaycanda “Bitcoin”ə maraq…”

Kriptovalyuta bazarı: “Azərbaycanda “Bitcoin”ə maraq…”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Bitcoin”-in qiyməti Donald Trampın ABŞ prezidenti kimi kriptovalyutalar üçün əlverişli siyasət yürüdəcəyi ərəfəsində yüksəlir.

Hazırda “Bitcoin” kriptovalyutasının qiyməti tarixdə ilk dəfə olaraq 100 min dolları ötüb.

Donald Trampın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) gələcək rəhbəri Pol Atkinsi təyin etməsindən bir neçə saat sonra “Bitcoin” yeni rekorda imza atıb.

Atkinsin kriptovalyutalara qarşı hazırkı SEC rəhbəri Gary Genslerdən daha əlverişli olduğuna inanılır.

Donald Trampın seçkilərdəki qələbəsi kriptovalyuta bazarına güclü təkan verdi, hazırda ekspertlər bu bazarın həcmini 3,3 trilyon dollar qiymətləndirirlər.

Tramp ABŞ-nin “dünyanın kriptovalyuta paytaxtı” edəcəyinə söz verib, halbuki cəmi üç il əvvəl o, “Bitcoin”-i fırıldaq adlandırıb.

Trampın ritorikasındakı bu dəyişiklik “Bitcoin”-in prezident seçkilərindən sonrakı ayda 40 %, 2024-cü ilin əvvəlindən isə iki dəfədən çox bahalaşmasına səbəb olub.

Mövcud olduğu 16 il ərzində “Bitcoin” qiyməti nəhəng enişlər yaşadı və onun pərəstişkarları hər yeni simvolik yüksəkliyin fəthini qeyd etdilər. Lakin onlar bu mərhələni xüsusi səbirsizliklə gözləyirdilər.

Həftələrlə, qrafiklər, memlar və qiymətin 100 000 dollardan yuxarı qalxacağına dair proqnozlar sosial mediada fəal şəkildə yayılır və bu işarəyə yaxınlaşdıqca milyonlarla istifadəçi “Bitcoin”-in rekordunu qeyd edən canlı yayıma qoşuldu.

Maraqlıdır, hazırda Azərbaycanın kriptovalyuta bazarında son vəziyyət necədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən kriptovalyuta bazarı üzrə mütəxəssis Xətai Avılzadə bildirib ki, “Bitcoin” 2009-cu ildə yaradılmış ilk desentralizə edilmiş rəqəmsal valyutadır və onun dövlət və maliyyə qurumları tərəfindən idarə olunmaması onu dünya üzrə istifadəçilər arasında cəlbedici edir:

“Bu xüsusiyyət, investorların “Bitcoin”-i inflyasiya risklərinə qarşı qorunma vasitəsi və ənənəvi maliyyə alətlərinə alternativ olaraq istifadə etməsinə imkan verir. “Bitcoin”-in yeni qiymət rekordu, rəqəmsal valyutaların artan populyarlığını və bazarın gələcək perspektivlərini bir daha göstərir.

Bildirim ki, bu gün dünyada “Bitcoin”-ə maraq yüksəkdir. Amma Azərbaycanın kriptovalyuta bazarında hələlik bu sahə üzrə ciddi bir inkişaf yoxdur. Buna baxmayaraq, ölkəmizdə kriptovalyuta bazarına maraq gündən-günə artmaqdadır.
Artqı bununla bağlı müxtəlif təlim mərkəzləri açılıb. Hazırda təlim mərkəzlərin xidmətlərindən faydalanan vətəndaşların sayı isə gündən-günə artır.

O qeyd edib ki, “Bitcoin”-in qiyməti qarşıdakı günlər ərzində də kəskin şəkildə artacaq:

““Bitcoin”-lə yanaşı digər kriptovalyutaların da qiymətinin yüksələcəyi gözlənilir. Bu gün “Bitcoin”-dən yalnız sıravi vətəndaşlar deyil, hətta dövlətlər belə bundan investisiya kimi istifadə edirlər. Gələn il “Bitcoin”-in qiyməti 150-180 min dollaradək yüksələ bilər”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri