Icma.az
close
up
RU
Kriptovalyutadan qazanc əldə edənlər necə vergi ödəyəcək? AÇIQLAMA

Kriptovalyutadan qazanc əldə edənlər necə vergi ödəyəcək? AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın vergi qanunvericiliyində kriptovalyuta ilə bağlı məsələlər artıq konkret şəkildə tənzimlənir. Qanunvericiliyə görə, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər bu gəliri qeyri-sahibkarlıq fəaliyyəti kimi bəyan etməli və dövlət büdcəsinə vergi ödəməlidirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən, belə əməliyyatlar üzrə gəlir əldə edən şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı və müəyyən olunmuş qaydada gəlir vergisi üzrə öhdəliklərini yerinə yetirməlidirlər.

Mövzu barədə daha ətraflı Metbuat.az-ın suallarını cavablandıran UNEC Biznes Məktəbinin müəllimi, "Crypto Consulting" MMC-nin direktoru Elnur Quliyev bildirib ki, Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər. çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur:


“Mövcud Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs 14% gəlir vergisi ödəməlidir. Qeyd etmək istəyirəm ki, hazırda heç bir ölkədə dövlət tərəfindən kriptovalyuta sektorunun tam şəffaf izləmə metodikası yoxdur, lakin hüquqi satatus verildikdən sonra lisenziyalaşdırılmış birjalar, bank nəzarəti və blockchain-analiz alətləri vasitəsilə əməliyyatların böyük hissəsini izləmək realdır”.

Ötən həftə Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlı olub. Yeni layihəyə əsasən, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası nəzərdə tutulur.

Elnur Quliyev bu məsələ barədə danışaraq qeyd edib ki, “m10” mobil tətbiqinin “Binance” ilə inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinə əhəmiyyətli təsir göstərəcək:

“İlk növbədə, bu addım Azərbaycan Mərkəzi Bankının nəzarətində həyata keçirilən “sandbox” rejimi çərçivəsində sınaqdan keçirilib və uğurlu nəticələr göstərib. Bu isə dövlət qurumlarının kriptovalyuta bazarına münasibətdə artıq real mexanizmlər üzərində işlədiyini və qanuni çərçivənin qurulmasına maraqlı olduğunu nümayiş etdirir”.

İnteqrasiyanın əsas üstünlüyü barədə suala cavab olaraq Elnur Quliyev qeyd edib, istifadəçilər artıq AZN ilə birbaşa “Binance” üzərindən əməliyyatlar apara bilirlər:

“Bu, həm milli valyutanın rəqəmsal maliyyə ekosisteminə inteqrasiyasını gücləndirir, həm də vətəndaşların kriptovalyutalara daha təhlükəsiz və rahat çıxışını təmin edir. Eyni zamanda, “m10”–“Binance” əməkdaşlığı Azərbaycanda digər bank və finteç qurumları üçün nümunəvi model rolunu oynaya bilər. Bu, həm dövlətə, həm də bazar iştirakçılarına göstərir ki, kriptovalyuta əməliyyatlarını rəsmi, tənzimlənən və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Beləliklə, bu inteqrasiya yalnız texnoloji yenilik deyil, həm də kriptovalyutaların rəsmi tanınması və tənzimlənməsi prosesini sürətləndirən mühüm addım kimi qiymətləndirilə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:351
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri