Icma.az
close
up
RU
“Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar

“Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 7-də Konfrans Liqasında (KL) yarımfinal arxada qaldı. Təəssüf ki, bu mərhələdə ciddi rəqabət yaşanmadı. İlk oyunlarda qələbə qazanan “Kristal Pelas” və “Rayo Valyekano” cavab görüşlərini də qalib başa vuraraq finala çıxdılar.

“Şaxtyor” məlum səbəbdən Polşanın Krakov şəhərində keçirilən ev oyununda turnirin favoriti sayılan “Kristal Pelas”a 1:3 hesabıyla uduzmuşdu. Arda Turan komandasının finala çıxmaq üçün əlindən gələni edəcəyini bildirmişdi. Ukrayna klubu İngiltərədəki cavab oyununda bunun üçün çox çalışsa da, yenə məğlub oldu. İlk hissədə tərəflər qapıya hərəyə bir dəfə yol tapdılar. Fasilədən az sonra isə yenidən səhnəyə Sarr çıxdı. İlk matçın 21-ci saniyəsində qapıya yol tapan seneqallı yarımmüdafiəçi KL-in tarixinə ən erkən qolun müəllifi kimi düşmüşdü. O, bu dəfə komandasına qələbə qazandırmaqla turnirdəki 9-cu qolunu vurdu və bombardirlərin siyahısında vahid liderliyi ələ aldı. Rəqibini 2:1 hesabıyla məğlub edən Oliver Qlasnerin komandası ilk dəfə avrokubokun finalina vəsiqə qazandı. “Kristal Pelas” “Vest Hem” (1965) və “Nyukasl”dan (1969) sonra İngiltərənin debütdəcə qitə kubokunun həlledici mərhələsinə qədər irəliləyən üçüncü klubu oldu.
Mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək finalda “Rayo Valyekano” da kubok uğrunda mübarizə aparacaq. Tarixində ilk dəfə qitə kubokunun yarımfinalına çıxan İspaniya klubu KL-in liqa mərhələsini 1-ci yerdə başa vuran “Strasbur”u evdə olduğu kimi, Fransada da minimal hesabla məğlub etdi. Bu dəfə də yeganə qolu Alemao vurdu. Maraq üçün “Rayo Valyekano”nun qitə arenasında ikinci mövsümünü keçirdiyini, ilk dəfə 2000/01 mövsümündə UEFA Kubokunda iştirak etdiyini və 1/4 finala qədər irəlilədiyini də xatırladaq.
Bu fakt da vurğulanmalıdı. “Rayo Valyekano”nun qələbəsi İspaniyaya Çempionlar Liqasında (ÇL) əlavə yer qazandırdı. Avrokubokların cari mövsümündə İngiltərədən (28,125) sonra ən çox əmsal (22,093) yığan La Liqa ÇL-in 2026/27 mövsümündə 5 komanda ilə təmsil olunacaq.
yarımfinal, cavab oyunları
Kristal Pelas (İngiltərə) - Şaxtyor (Ukrayna) 2:1 (ilk oyun - 3:1)

Pedro Enrike, 25-öz qapısına. Sarr, 52 - Eqinaldo, 34.
Kristal Pelas: Henderson, Kanvo, Lakrua, Riçards, Mitçell, Kamada (Lerma, 88), Uorton (Hyuz, 89), Munyos (Klayn, 89), Pino (Conson, 78), Sarr, Mateta (Strann Larsen, 66).
Şaxtyor: Rıznik, Bondar, Matvienko, Pedro Enrike, Tobias (Qram, 27), Oçeretko (Neverton, 56), M.Qomes, Pedrinyo (Ferreyra, 75), Eqinaldo, Alisson (İsake, 46), Kauan Elias (Traore, 56).
Strasbur (Fransa) - Rayo Valyekano (İspaniya) 0:1 (0:1)
Alemao, 42.
Strasbur: Penders, Çiluell (Nanasi, 46), Dukure, Omobamidele, Due, Əl-Murabet (Amo-Ameyau, 67), Qodo, Uattara, Barko, Moreyra, Enkiso.
Rayo Valyekano: Batalya, Çavarriya, Lejen, Ratsyu, Siss, U.Lopes (Qumbau, 90), Valentin, Palason (Dias, 78), Espino (A.Qarsiya, 85), De Frutos (Balyiu, 78), Alemao (Kamelyo, 65).
Bombardirlər: Sarr (Kristal Pelas) - 9, İshak (Lex), Muandilmanci (Samsunspor) - 8, Meynans (Alkmaar) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri