Icma.az
close
up
RU
Kristian Tein kanak xalqına müraciət edib

Kristian Tein kanak xalqına müraciət edib

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin Prezidenti, hazırda Fransada həbsxanada saxlanılan Kristian Tein hərəkat yoldaşlarına və kanak xalqına müraciət edib.

Bakıvaxtı.az müraciəti təqdim edir:

“Uetşo Böyük Qəbilə Başçısına,
Djubea-Kapume ərazisinin yerli rəhbərlərinə,
Əziz siyasi rəhbərlər, Siyasi Büronun üzvləri,
Əziz yoldaşlar,
Hörmətli xanımlar və cənablar,

Çoxdan yolunu gözlədiyim Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Konvensiyasının açılışında sizləri dərin hörmətlə salamlayıram. Hazırda yazdığım bu məqamda, siyasi vəziyyəti xırdalıqla təhlil etmək vacibdir. 10 aydır ki, olduğum yerdən müşahidələrimdən görürəm ki, nümayəndələrimiz qarşıdakı siyasi mərhələdə cəsarət, dözümlülük, qətiyyət, ciddi yanaşma və sayıqlıq nümayiş etdirmələrinin zəruri olduğunu bilməlidirlər. Onlar ölkəmizin gələcəyi ilə bağlı danışıqlarda səsimizi effektiv şəkildə çatdırsın deyə, yerli strukturlar tərəfindən seçilmiş nümayəndələrə olan güvənimiz sarsılmaz qalmalıdır.

Siyasi Büro rəhbərləri və dialoq qrupunun üzvləri ilə Fransa dövləti tərəfindən əvvəlki mərhələlərin nəticəsində hazırlanmış siyasi razılaşma layihəsinə dair mövqeyimi bölüşmüşəm.

Bu gün cəbhənin konvensiyasında bütün fəallara müraciət edirəm.

Administrativ güclə dialoqu bərpa etmə qərarı qəbul ediləndə, qarşıya qoyulan məqsədimiz aydın idi: Kanakinin tam suverenliyə və müstəqilliyə aparan yolunu müdafiə etmək.

FLNKS-in 44-cü qurultayında, Sen - Luisdə qəbul edilmiş qətnamədə hazırlıq mərhələsinin məqsədi gələcək danışıqlar üçün format, təqvim, metod və məzmunun əsaslarını müəyyənləşdirmək kimi təsvir olunur. Əldə edilmiş məlumatlar dövlət qarşısında əsas götürülməlidir, çünki Fransalı nazir Vallsın təklif etdiyi razılaşma layihəsi bizim təkliflərə deyil, Fransa Respublikasında yeni bir statusa – yəni kolonializmin növbəti illərə uzadılmasına hesablanıb.

Müxaliflərimiz çoxsaylı ziddiyyətli bəyanatlarla və mənasız lobbiçiliklə bizi zəiflətməyə çalışırlar. Biz isə ayıq-sayıq olmalı və onların hər an bizi sarsıda biləcək qabiliyyətlərini əsla göz ardı etməməliyik!

FLNKS, müstəmləkəçilikdən əziyyət çəkən xalq və Fransa dövləti arasında ikitərəfli görüşlər hər zaman üstünlük verilən format olub. 12 dekabr 2021-də keçirilmiş qanunsuz 3-cü referendumdan sonra, Fransa dövləti və qeyri-müstəqillik tərəfdarları əvvəlki qaydalara riayət etmədən birləşərək çıxış etdilər. Bu, Fransanın əvvəlki siyasi razılaşmalarda öhdəlik götürdüyü neytrallıq və qərəzsizlik mövqeyinin pozulmasına səbəb oldu. Buna görə də, BMT-nin nəzarəti altında ikitərəfli format üstün tutulmalıdır.

FLNKS konvensiyasında həmçinin dialoq qrupun və texniki komandanın gücləndirilməsini təklif edirəm. Qarşıda bizi çətin günlər gözləyir və bu çətin dövrə sinə gərmək üçün insan resurslarımızı təkmilləşdirməliyik. Siyasi mənsubiyyət əsas meyar olmamalı, bu mübarizədə əməyi keçən hər kəs ön plana çəkilməlidir.

Təqvimimiz dövlətin təqvimi ilə qarşı-qarşıya qoyulmalıdır və “4 kokos ağacı” qətnaməsində bu mərhələlər dəqiq şəkildə müəyyən olunub. Danışıqların əsnəkliyi tutduğumuz əsas yoldan bizi yayındırmamalıdır. Kanaki Razılaşması ən geci 24 sentyabr 2025-ci ilə qədər işə düşməli və 2027-ci il prezidentlik müddəti başa çatmadan müstəqilliyin dəqiq tarixini müəyyən etməlidir. Ən qısa keçid dövrü vasitəsilə, gücləndirilmiş muxtariyyəti olan Yeni Kaledoniya suveren dövlətə çevrilməlidir. Qarşılıqlı asılılıqlar isə sonrakı mərhələdə əməkdaşlıq razılaşmaları ilə müəyyən ediləcək.

Metoda gəlincə, strategiyamıza istiqamət suveren ölkəyə dair baxışımızdır, əksi müzakirə mövzusu deyil. Bu səbəbdən də bizim ictimai model layihəmizi gücləndirməyi və yeniləməyi təklif etmişəm. Açıq deyim ki, dəqiq müəyyən olunmuş dəyərlər və məqsədlər olmadan strategiya hazırlamaq mümkün deyil. Aydındır ki, yalnız ciddi iş nəticə verəcək. Bu gün keçirilən konvensiya FLNKS fəallarının suveren dövlətlə bağlı arzularına dair sağlam debatın aparılması üçün ciddi bir metod qəbul etməlidir.

Nəhayət, məzmuna gəlincə, Numea Razılaşması gələcək danışıqların əsası olaraq qalır. Kanaki Razılaşmasında əsas elementlər bunlar olmalıdır: öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, suveren səlahiyyətlərin ötürülməsi, vətəndaş seçici korpusunun gələcəkdə milli kimlik statusu alması və beynəlxalq məsuliyyətin tam şəkildə tanınması. Dekolonizasiya prosesi tam şəkildə başa çatmalıdır. Tam suverenlik Kanak xalqı üçün dayanıqlı sülhün yeganə təminatıdır.

Əziz yoldaşlarım, bu, müstəmləkəçimizlə bağlayacağımız son razılaşma olmalıdır: Kanaki Razılaşması ləyəqətimiz və suverenliyimizdir. Məhz bu ruh yüksəkliyi bizi, xalqımızı və sonra müsahiblərimizi hörmətlə bir araya gətirməldir. Bu səylər əcdadlarımızın qoyub getdiyi əməyə verilən qiymətdir, mübarizədə tökülən qanlara hörmət əlamətidir və gələcək nəsillərə mirasdır.

Sizdən xahiş edirəm ki, bütün istiqlal hərəkatı bu gün növbəti əyalət seçkiləri ərəfəsində seçki hesablamaları üçün deyil, mühüm məsələlər ətrafında birləşsin.

Kanakinin müstəqilliyi uğrunda mübarizəni sonuna qədər davam etdirmək lazımdır. Biz üzərimizə götürdüyüm öhdəliklə xalqımız qarşısında məsuliyyət daşıyırıq. Təşəkkür edirəm.

Kanaki hər zaman prioritet olmalıdır!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri