Kriştiano Ronaldo: ƏlNəsrə titul qazanmasına kömək edəcəm
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Əl-Nəsr"in 39 yaşlı hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan təcrübəli futbolçu Səudiyyə Ərəbistanında qalmaq istədiyini dilə gətirib:
"Ailəm və mən Səudiyyə Ərəbistanında xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başladıq. Həyat gözəldir, futbol möhtəşəmdir. Ən əsası peşəkar olmaq, çox çalışmaq, kluba və müqavilənizə hörmət etmək, hər şeyin yaxşıya doğru dəyişəcəyinə, "Əl-Nəsr"in daha çox titul qazanacağına inanmaqdır. Bu klubla Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Amma ən əsası işləməyə davam etmək və peşəkar olmaq lazımdır. Çalışmağa və "Əl-Nəsr"ə titul qazanmasına kömək edəcəm. İnanıram ki, bu il klub üçün hər şey daha yaxşı olacaq".
Qeyd edək ki, Ronaldonun klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Baxış sayı:120
Bu xəbər 04 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















