Kriştiano Ronaldonun millidəki oyundaşı klubda da onunla birlikdə çıxış edəcək
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Çelsi"nin və Portuqaliya millisinin hücumameyilli yarımmüdafiəçisi Joao Feliks məşhur həmyerlisi Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" klubuna keçib.
İdman.biz xəbər verir ki, 25 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
Daha əvvəl mətbuatda transferin ilkin dəyərinin 30 milyon avro təşkil edəcəyi, lakin bonuslarla birlikdə bu məbləğin 50 milyon avroya qədər arta biləcəyi barədə məlumatlar yayılmışdı.
Feliks 2024-cü ilin yayında Madrid "Atletiko"sundan "Çelsi"yə keçib. Ötən mövsümün ikinci yarısını isə icarə əsasında "Milan"da keçirib. "Transfermarkt" portalının təqdim etdiyi məlumata görə, futbolçunun transfer dəyəri 20 milyon avrodur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 29 İyul 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















