Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında əlçatmaz göstərici ilə liderdir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında ən çox qol vuran, məhsuldar ötürmə edən və oyuna çıxan futbolçu ünvanının sahibi olub.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu UEFA Çempionlar Liqasında ümumilikdə 187 oyunda meydana çıxıb, 141 qol, 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən çox qol vuran futbolçular arasında ikinci pillənin sahibi Lionel Messi olub. Onun aktivində 129 qolu var.
Ən çox oyuna çıxan futbolçular arasında "Real Madrid"in sabiq qolkiperi İker Kasilyasın adı qeyd olunub. O, UEFA Çempionlar Liqasında 181 oyunda komandasına kömək edib.
Ən çox məhsuldar ötürmə edən futbolçular arasında ikinci pillənin sahibi isə Kriştianunun sabiq komanda yoldaşı Anxel Di Maria qərarlaşıb. Onun aktivində 41 məhsuldar ötürmə var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















