Kriştianu Ronaldunun komandası maliyyə böhranı ilə üz üzədir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu yeni mövsüm ərəfəsində maliyyə çətinlikləri ilə üzləşib.
İdman.Biz xəbər verir ki, “Riyadiyah” nəşrinin məlumatına əsasən, klubda yaranan likvidlik problemi bir sıra inzibati və idman məsələlərinin təxirə salınmasına səbəb olub.
Əsas komandanın bir neçə futbolçusuna iyun ayı üçün nəzərdə tutulan maaşın yalnız bir hissəsi ödənilib. Rəhbərlik qalan məbləğin təmin olunması və futbolçulara verilməsi istiqamətində çalışır.
Maliyyə çatışmazlığı klubun transfer fəaliyyətinə də təsir göstərib. “Əl-Nəsr” müqaviləsi başa çatan Marselo Brozoviçi əvəzləmək üçün xarici yarımmüdafiəçi axtarsa da, namizədlərdən heç biri ilə rəsmi danışıqlara başlamayıb. Transfer məsələsi maliyyə vəziyyəti aydınlaşana qədər dayandırılıb.
Yeni baş məşqçi Ange Postekoqlunun rəhbərlik etdiyi komanda növbəti mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqası, Kral Kuboku, ölkə Superkuboku və AFC Çempionlar Liqasının Elit turnirində mübarizə aparacaq. Avstraliyalı mütəxəssis “Əl-Nəsr”lə ikiillik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















