Icma.az
close
up
RU
Kritik dövr başlayır: Neft gəlirləri azalır çıxış yolu nədir?

Kritik dövr başlayır: Neft gəlirləri azalır çıxış yolu nədir?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda neft hasilatının sürətlə tükəndiyi deyilir. Belə şəraitdə isə hökumətin alternativ iqtisadi mənbələrə nə dərəcədə hazır olması sual doğurur. Hazırda qeyri-neft sektorunun inkişaf tempi və real vəziyyəti əsas diqqət mərkəzindədir.

Bu istiqamətdə proses necə cərəyan edə bilər? Qeyri-neft sektorunda real vəziyyət necədir? Postneft dövrünə hazırlıq hansı templə gedir? 

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda neft hasilatı tükənmək üzrə olsa da, hökumət postneft dövrünə hazır deyil:

“Rəsmi dairələrdə aparılan müzakirələrdən görünür ki, hələ də prioritetlər və məqsədlər düzgün müəyyənləşdirilməyib. Bu vəziyyət ölkəni gələcək iqtisadi mərhələyə hazırlamaq əvəzinə, mövcud asılılığı daha da artırır. Fiskal və vergi siyasətləri səmərəli şəkildə formalaşdırılmayıb. Büdcə siyasəti hələ də neft gəlirlərindən yüksək dərəcədə asılıdır və indiyədək zəruri islahatlar həyata keçirilməyib. Büdcə şəffaflığı təmin olunmur, büdcə təşkilatlarında vəsaitlərin mənimsənilməsinin qarşısını alan sistemli mexanizmlər mövcud deyil. Hesablama Palatasının aşkarladığı pozuntular da əksər hallarda araşdırılmadan qalır. Uzun illər əvvəl büdcə vəsaitlərinin istifadəsinə dair qaydaların hazırlanmasını təklif etsəm də, bu, qəbul edilməyib. Halbuki şəffaflıq və qaydalı maliyyə idarəçiliyi Azərbaycanın öz “yeni nefti” ola bilər. Büdcə vəsaitlərinə səmərəli və hesabatlı şəkildə nəzarət özlüyündə böyük iqtisadi resursdur”.

Elçin Rəşidov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) siyasəti də qeyri-neft sektorunun inkişafına mane olur:

“Kredit faizləri həddən artıq yüksəkdir və ən azı iki dəfə azaldıla bilər. Hazırda dollarla verilən kreditlərin faizləri, manatla olan kreditlərdən xeyli aşağıdır. Bu, manat kreditlərinin süni şəkildə şişirdildiyini göstərir. Belə şəraitdə özəl sektor sıxılır, investisiyalar azalır, yeni iş yerləri və bizneslər yaranmır. Banklar yüksək faizləri devalvasiya riski ilə əsaslandırır. Əgər AMB bu riskə dair zəmanət versə, faiz dərəcələri azalacaq, özəl sektor canlanacaq və qeyri-neft iqtisadiyyatı inkişaf edəcək”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, hazırkı vəziyyətdə digər mühüm məsələ ədalət mühakiməsidir:

“Çünki məhkəmə sistemi ədalətli qərarlar vermir və vətəndaşlarda inam yaratmır. Bu da sahibkarların və investorların fəaliyyətinə mənfi təsir göstərir. Ədalətli məhkəmə sistemi və rəqabətli bazar mühiti yaradılmadan qeyri-neft sektorunun inkişafı mümkün deyil. Qeyri-neft sektorunun real vəziyyətini qiymətləndirmək üçün əsas göstəricilər istehsal həcmi, ixrac və yaradılan iş yerləridir. Lakin bu sahədəki statistika etibarlı deyil. Daxili məlumatlar çox vaxt ziddiyyətlidir, beynəlxalq mənbələrlə üst-üstə düşmür. Bu da ölkədə etibarlı statistik bazanın formalaşmadığını göstərir.

Beləliklə, postneft dövrünə hazırlıq üçün Azərbaycan hökuməti büdcə şəffaflığını artırmalı, qaydalı maliyyə idarəçiliyini təmin etməli, AMB-nin siyasətini yenidən nəzərdən keçirməli və məhkəmə sistemində islahatlar aparmalıdır. Yalnız bu halda qeyri-neft sektoru inkişaf edib ölkənin iqtisadi gələcəyini təmin edə bilər”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri