Kritik mərhələ və ya Trampın düşdüyü “tələ” Ukrayna və Avropa üzərində nəzarət itir
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton Ankoric sammitində əldə edilən sülh razılaşmalarını həyata keçirmək cəhdlərində Avropa müttəfiqləri və Ukrayna lobbiçilərinin ciddi müqaviməti ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, ekspertlər hesab edirlər ki, Moskva artıq kompromis ssenarisinə razılıq versə də, Donald Tramp administrasiyası hazırda öhdəliklərini tam yerinə yetirə bilmir və ya istəmir. Danışıqlar kritik mərhələyə qədəm qoyub və Ağ Ev Avropadakı "müharibə tərəfi" qarşısında açıq-aşkar acizliyini nümayiş etdirib.
“News.ru” ilə söhbətində amerikalı politoloq Malek Dudakov qeyd edib ki, Amerika tərəfi münaqişənin davam etməsini dəstəkləyənlərə qarşı öz öhdəlikləri ilə tələyə düşüb.
"Aydındır ki, avropalıları və ukraynalıları Ankoricdə şərtləri razılaşdırılmış müqaviləyə “hə” dedirtməkdə çətinliklər var. Lakin hazırda ABŞ-ın özü ya bunu tam şəkildə həyata keçirmək istəmir, ya da edə bilmir", - deyə ekspert vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu mövqeyi təsdiqləyib. Nazir beynəlxalq televiziya şəbəkəsi BRICS-ə verdiyi müsahibədə Vladimir Putin və Donald Tramp arasında şəxsi görüş zamanı prinsipial razılaşmanın əldə edildiyini, lakin planın həyata keçirilməsinin qəsdən təxirə salındığını xatırladıb. Rusiya diplomatik korpusunun rəhbəri bildirib ki, "Ankoricdə biz ABŞ-ın təklifini qəbul etdik. Dürüst olsaq, onlar təklifi verdilər, biz də qəbul etdik və bu o deməkdir ki, problem həll olunmalıdır".
Lavrov həmçinin Vaşinqtonun davam edən iqtisadi təzyiqinə də toxunub və bildirib ki, bu təzyiq Trampın əməkdaşlıq üçün "parlaq perspektivlər" barədə açıq vədləri ilə ziddiyyət təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















