Krokus teraktı ilə bağlı saxlanılan şəxs intihar etdi
Icma.az bildirir, Axar.az portalına istinadən.
“Krokus Siti Holl”da törədilən terror aktı üzrə məhkum olunan şəxslərdən biri intihar edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Məlumata görə, söhbət xüsusi rejimli koloniyada ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 37 yaşlı Yakubcan Yusufzadədən gedir. Həmin şəxsdə mexaniki asfiksiya əlamətləri qeydə alınıb. Hadisə yerində istintaq orqanları işləyir, baş verən hadisənin bütün təfərrüatı müəyyənləşdirilir.
İstintaqın məlumatına görə, o, hücumdan bir neçə gün əvvəl terror aktının icraçıları üçün yaşayış yerinin ödənilməsi məqsədilə pul vəsaitləri köçürüb, vəsaitlərin bir hissəsini isə cinayət törədildikdən dərhal sonra onlardan birinə göndərib.
Baxış sayı:183
Bu xəbər 06 Aprel 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















