Icma.az
close
up
RU
Krosbi Ayzermanın rekordunu təkrarladı

Krosbi Ayzermanın rekordunu təkrarladı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Edmonton”un hücumçusu və kapitanı Konnor Makdevid klubla yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, ulduz hokkeyçinin hər il üçün 12,5 milyon dollar əməkhaqqı almasını (əvvəlki – 8 illik müqavilənin şərti də belədi) nəzərdə tutan ikiillik müqavilə 2026/27 mövsümündən qüvvəyə minəcək. Xatırladaq ki, “Edmoton” Makdevidi 2015-ci ilin draftında 1 nömrə altında seçib. 28 yaşlı kanadalı həmin vaxtdan bəri müntəzəm çempionatda keçirdiyi 713 oyunda 1083 (361+722) xal toplayıb. Pley-offda isə 96 oyuna çıxıb, 44 qol vurub, 106 məhsuldar ötürmə verib.
Makdevid yeni müqavilə ilə bağlı bunları deyib:

“Düşünürəm ki, bu sövdələşmə hər iki tərəf üçün sərfəlidi. Müqavilə çoxdan burda olan əsas heyət oyunçularına, eləcə də sonradan bura gələnlərə hansısa xüsusi olayın bir hissəsi olmaq şansı yaradır. Komandanın potensialını reallaşdırması baxımından mənim üçün də vacibdi. Uzunmüddətli müqavilə bağlamağa hazırlaşmırdıq, bu üzdən iki il yetərincə məntiqlidi. İtim Lenni bu pullardan sonra aclıq çəkməyəcək, hər şey yaxşı olacaq. Əsas hədəf qalib gəlməkdi, düşünürəm ki, bu sövdələşmə hər iki tərəfə axtardığını verəcək. Düşünürəm ki, hər kəs klubumuzun olduğu vəziyyəti anlayır. Biz qalib gəlmək istəyirik. Müqaviləm bunu sürətləndirəcəksə, xoşbəxt olaram”.


Oktyabrın 7-dən 8-nə keçən gecə MHL-də yeni mövsüm start götürüb. İlk üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var. “Pittsburq”un kapitanı Sidni Krosbi bu statusla keçirdiyi mövsümlərin sayına görə “Detroyt”un sabiq forvardı Stiv Ayzermanın rekordunu təkrarladı. 2025/26 38 yaşlı kanadalı üçün “pinqvinlər”in kapitanı kimi ardıcıl 19-cu mövsüm oldu. Krosbi sarğını 2007/08 mövsümündən bəri daşıyır. Ayzerman da “Red Uinqz”in heyətində məhz bu qədər mövsümü kapitan kimi keçirib.
Bu arada Neytan Makkinnon “Kolorado” tarixinin bombardirinə çevrildi. 30 yaşlı kanadalı hücumçu oktyabrın 8-də keçirilən “Los-Anceles”lə oyunda iki xal topladı. O, xal sayını 1017-yə (367+650) çatdırmaqla Co Sakikin rekordunu (1015) yenilədi. Ancaq burda nəzərə alınmalı olan bir məqam var. 1972-95-ci illər aralığında “Kvebek Nordiks” adlanan komandanın da nəticələrini göstərsək, onda Makkinnon bombardirlər siyahısında 3-cü pillədə qərarlaşar. Belədə Sakiklə (1641 xal – 625+1016) Peter Ştyastnıdan (1048 – 380+668) geri qalacaq.
8 oktyabr
Florida – Çikaqo 3:2 (2:1, 0:1, 1:0)
Reyncers – Pittsburq 0:3 (0:1, 0:0, 0:2)
Los-Aneceles – Kolorado 1:4 (0:0, 0:3, 1:1)
9 oktyabr
Toronto – Monreal 5:2 (1:1, 1:1, 3:0)
Vaşinqton – Boston 1:3 (0:0, 0:1, 1:2)
Veqas – Los-Anceles 3:4 B (0:1, 1:2, 0:1, 0:0)
Edmonton – Kalqari 5:6 B (0:1, 3:1, 2:2, 0:0)
10 oktyabr
Baffalo – Reyncers 0:4 (0:1, 0:0, 0:3)
Boston – Çikaqo 4:3 OT (1:1, 1:1, 1:1, 1:0)
Detroyt – Monreal 1:5 (1:3, 0:2, 0:0)
Karolina – Nyu-Cersi 6:3 (1:0, 1:2, 4:1)
Pittsburq – Aylenders 4:3 (1:1, 2:2, 1:0)
Tampa-Bey – Ottava 4:5 (3:1, 0:2, 1:2)
Florida – Filadelfiya 2:1 (0:0, 1:1, 1:0)
Vinnipeq – Dallas 4:5 (1:2, 0:0, 3:3)
Neşvill – Kolambus 2:1 (1:1, 0:0, 1:0)
Sent-Luis – Minnesota 0:5 (0:2, 0:2, 0:1)
Kolorado – Yuta 2:1 (1:0, 0:1, 1:0)
Vankuver – Kalqari 5:1 (1:0, 0:0, 4:1)
San-Xose – Veqas 3:4 OT (1:1, 1:1, 1:1, 0:1)
Sietl – Anahaym 3:1 (1:1, 1:0, 1:0)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri