Krouford WBC kəmərindən məhrum edildi − Ödənişi etməyib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumdünya Boks Şurası (WBC) amerikalı Terens Kroufordu titulundan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Boxing Scene” məlumat yayıb.
Bildirilib ki, buna səbəb Kroufordun meksikalı Saul Alvares və özbəkistanlı İsrail Madrimova qarşı döyüşlərdən sonra qonorar ödəməməyi olub.
WBC prezidenti Maurisio Suleyman bildirib ki, boksçu Alvares üzərində qələbədən sonra təşkilata 300 min dollar ödəməyib. Prezident qeyd edib ki, daha öncə boksçu Madrimovla döyüşündən sonra da WBC-yə pul ödəməkdən imtina edib.
Qeyd edək ki, 38 yaşlı Krouford Ümumdünya Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) super orta çəki dərəcələrinin sahibidir. O, peşəkar rinqdə heç vaxt uduzmayıb, onun hesabına 42 qələbə (31 nokaut) var.
Bu mövzuda digər xəbərlər:Terens Krouford ikinci orta çəkidə WBC çempionu titulundan məhrum edilib
03 Dekabr 2025 19:47
Terens Krouford boks tarixinə düşüb
14 Sentyabr 2025 16:28
Boks tarixində Krouford kimisi olmamışdı
14 Sentyabr 2025 16:31
“Formula 2”: Krouford üstünlüyü qorudu
21 Sentyabr 2025 12:11
Topuriya: Krouford, sənə rinqdə mariaçi rəqsini öyrədəcəm
15 Sentyabr 2025 23:49
Baxış sayı:93
Bu xəbər 03 Dekabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















