Icma.az
close
up
RU
KTMT dən Ermənistana SƏRT MESAJ: Paşinyan iki seçim qarşısında… KONKRET

KTMT dən Ermənistana SƏRT MESAJ: Paşinyan iki seçim qarşısında… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“KTMT ilə bağlı yalan danışan tərəf Ermənistan hakimiyyətidir. Paşinyan KTMT məsələsindən Qərb və Rusiyaya qarşı şantaj aləti kimi istifadə edir. KTMT ilə bağlı münasibətlərin dondurulması haqda verdiyi bəyanatlarla Paşinyan öncə Rusiyanın yanında mövqeyini gücləndirməyə çalışır”.

Bu fikirləri “KONKRET.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

“KTMT Paşinyan üçün Qərbin qarşısına atdığı yemdir. Çünki Qərbin əsas istəyi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Paşinyan isə Qərbə Rusiyadan uzaqlaşdığını göstərir və bunun qarşılığında Avropadan kifayət qədər silah-sursat alır. Bütün bunlar KTMT-dən çıxmaq adı altında həyata keçirilir.

Təbii ki, Rusiyanın Ermənistandakı mövqeləri əvvəlki kimi deyil. İndi bu məsələnin gündəmə gəlməsi də təsadüfi sayıla bilməz. Trampın hakimiyyətə gəlməsindən sonra vəziyyət dəyişib. Çünki ABŞ-ın Ermənistanla bağlı siyasətinin necə olacağı bəlli deyil. Bu baxımdan Qərbdə Ermənistana verilən dəstək haçalanır. Digər tərəfdən, Rusiya Ukrayna məsələsini istədiyi kimi həll etsə, onun Cənubi Qafqaza təsirləri artacaq.

Bunu hiss edən Ermənistan isə Qərbə doğru siyasətini bir qədər səngitmək qərarına gəlib. Avropaya inteqrasiya ilə bağlı məsələnin təxirə salınması bunu sübuta yetirir. Bu prosesin fonunda Ermənistanın Rusiyaya qarşı münasibətinin yumşalacağı gözləniləndir. Amma KTMT-dən bəhanə kimi istifadə edərək Fransa başda olmaqla Avropadan dəstək almağa çalışacaqlar. KTMT rəhbərinin açıqlamaları isə Ermənistana mesaj xarakteri daşıyır. Bir növ İrəvana deyirlər ki, mövcud vəziyyətdə KTMT ilə münasibətləri normallaşdırmaq ən doğru seçimdir. İrəvana verilən mesaj bundan ibarətdir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri