KTMT nin Rubej 2026 təlimlərinin ikinci mərhələsi başlayıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın Koktal təlim poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Orta Asiya Regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin iştirak etdiyi "Rubej-2026" təlimlərinin ikinci mərhələsi başlayıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç açıqlama verib.
Açıqlamaya görə, təlimdə təxminən 1500 iştirakçı, o cümlədən 300-dən çox hərbi və xüsusi təyinatlı texnika, o cümlədən müxtəlif növ 115 pilotsuz uçuş aparatı iştirak edir. Təlimdə Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistandan hərbi kontingentlər, eləcə də Birləşmiş Qərargah və KTMT Katibliyinin əməliyyat qrupları iştirak edir.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairə və 201-ci Qvardiya Hərbi Bazasının hərbçiləri təşkil edir.
Vurğulanıb ki, müasir silahlı münaqişələrdən əldə edilən təcrübə təlimdə mühüm rol oynayır.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Sentyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















