Kuadradonun yeni klubu açıqlandı
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Çelsi”, “Yuventus” və “İnter”in sabiq futbolçusu Xuan Kuadrado karyerasını vətənində davam etdirəcək.
QOL.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Kolumbiyanın “Milyonarios” klubuna keçib. Boqota təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Kuadrado yeni komandasına azad agent kimi keçib.
Kolumbiyalı futbolçunun son klubu İtaliya “Piza”sı olub. O, ötən mövsüm bu komandanın heyətində 21 oyunda meydana çıxıb və 1 qol vurub.
Avropadakı uzunmüddətli karyerası ərzində Kuadrado “Udineze”, “Leççe”, “Fiorentina”, “Yuventus”, “Çelsi”, “İnter” və “Atalanta”nın da formasını geyinib. O, Kolumbiya millisində 116 matç keçirib və 11 qola imza atıb.
Baxış sayı:91
Bu xəbər 11 Sentyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















