Icma.az
close
up
RU
Kubada dəhşətli böhran: Milyonlarla insan həyətində... FOTO

Kubada dəhşətli böhran: Milyonlarla insan həyətində... FOTO

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Kubada elektrik kəsintiləri su böhranını daha da ağırlaşdırıb. Milyonlarla insan evində krandan su ala bilmir, bəziləri isə çıxış yolunu həyətində quyu qazmaqda görür.

“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumatlara əsasən, əhalisi 9,4 milyon nəfər olan Kubada təxminən 2,7 milyon insan, yəni ölkə əhalisinin 29 faizi evində mərkəzləşdirilmiş su təchizatından yararlana bilmir. Böhranın əsas səbəblərindən biri elektrik enerjisinin tez-tez kəsilməsidir. Ölkədə suyun evlərə çatdırılması üçün nasoslardan geniş istifadə olunur. Su təchizatının 80-85 faizinin elektriklə işləyən nasoslar vasitəsilə həyata keçirildiyi bildirilir.

ABŞ-nin enerji sahəsində tətbiq etdiyi məhdudiyyətlər səbəbindən yanacaq çatışmazlığının dərinləşməsi isə uzunmüddətli elektrik kəsintilərinə yol açır. Kubanın Milli Su İdarəsinin əməkdaşı Yunior Qonsales Fransanın AFP xəbər agentliyinə açıqlamasında vəziyyəti elektrik kəsintiləri ilə yanaşı, avadanlıqların sıradan çıxması, su borularındakı sızmalar və quraqlığın da ağırlaşdırdığını deyib. Onun sözlərinə görə, yanvar ayından etibarən vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. pizza

Paytaxt Havanadan 100 kilometr şərqdə yerləşən Matanzas vilayətində restoran işlədən Kevin Martines su çatışmazlığı səbəbindən dəfələrlə işini dayandırmalı olub. Həftədə üç dəfə su maşınlarından su almağın xərcindən qurtulmaq istəyən sahibkar restoranının həyətində quyu qazdırmağa qərar verib. Martines yaşadığı çətinliyi belə ifadə edib:

“Su olmadığı üçün restoranımızı dəfələrlə bağlamaq məcburiyyətində qaldıq. Quyu qazdırmaq qərarına da buna görə gəldik. Yeməyi kömürlə bişirəcəyimi və ya günəş paneli quraşdıracağımı heç düşünməzdim. Bir gün quyu qazdıracağım isə heç ağlıma gəlməzdi”.

Restoranın həyətində 10 metr dərinlikdə suya çatan quyu qazan Elizardo Kardoso son vaxtlar sifarişlərin kəskin artdığını deyir. Maddi imkanı olan insanlar öz torpaq sahələrində quyu qazdırır, su anbarları tikir və ya damlarına su çənləri yerləşdirirlər.

Bəzi sakinlər isə su borularında qalan az miqdarda suyu çəkmək üçün qanunsuz nasoslar quraşdırırlar.

“Su oğrusu” adlandırılan bu qurğular bir məhəllədə çoxaldıqda borulardakı suyun təzyiqini aşağı salır. Nəticədə digər sakinlərin su əldə etməsi daha da çətinləşir.

Quyu qazdırmağa və ya nasos almağa imkanı olmayan insanlar isə suyu uzaq məsafələrdən daşımağa məcbur qalırlar. Onlar küçələrdəki su mənbələrindən və açıq borulardan doldurduqları qabları əl arabaları, velosipedlər, avtomobillər və hətta at arabaları ilə evlərinə aparırlar.

Kubada su çatışmazlığı yüksək inflyasiya, ərzaq və dərman qıtlığı ilə eyni vaxta təsadüf edir. Bu vəziyyət ölkədə narazılığı daha da artırır. Son aylarda Havanının müxtəlif rayonlarında su çatışmazlığına qarşı çoxsaylı etirazlar qeydə alınıb. Bu aksiyalarda əsasən qadınlar fəallıq göstəriblər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Oktyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri