Icma.az
close
up
RU
Kubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Kubada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 6 may, AZƏRTAC

Azərbaycanın Kubadakı səfirliyinin təşkilatçılığı ilə Kuba Xalqlar Dostluğu İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş elmi-akademik tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Kuba Xalqlar Dostluğu İnstitutunun rəhbərliyi, Kuba Xarici İşlər Nazirliyi və Mərkəzi Komitənin nümayəndələri, elmi-akademik dairələrin üzvləri, eləcə də vaxtilə Azərbaycanda təhsil almış kubalılar iştirak ediblər.

Kuba Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti xanım Noemi Rabaza çıxış edərək Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin tarixi, ölkələrimiz arasındakı dostluq əlaqələri, tərəflərin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər və həyata keçirdiyi uğurlu əməkdaşlıq barədə danışıb. O, BMT Baş Assambleyasında hər il ənənəvi olaraq keçirilən səsvermələrdə Kubaya qarşı tətbiq edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı Azərbaycanın daima Kubaya dəstək olmasını qeyd edərək, bu mövqeyin Kuba hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Çıxışı zamanı N.Rabaza Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Kubada böyük hörmətlə anıldığını, Heydər Əliyevin Kuba ilə bağlı daim xoş təəssüratlarda olduğunu və Kubanın Ali Baş Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev çıxış edib. Diplomat tədbir iştirakçılarını həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi müddətində göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumatlandırıb. Səfir Heydər Əliyevin müstəqil Azərbaycana öndərliyi dövründən danışaraq məhz Ulu Öndərin səyləri nəticəsində Azərbaycanın beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Havana Universitetinin professoru Oskar Xulian Viyar Barroso Heydər Əliyevin siyasi irsi, onun Sovet İttifaqı zamanında, daha sonra isə müstəqil Azərbaycan uğrunda gördüyü böyük işlər barədə danışıb. Natiq Ulu Öndərin müstəqilliyinin ilk illərində zamanın ağır sınaqlarından keçən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı uğrunda gördüyü mühüm iqtisadi layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Məhz Ümummilli Liderin müdrik neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlarda ticarətinin təmin olunduğunu qeyd edən natiq Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu söyləyib.

Sonda tədbir iştirakçılarına Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən Azərbaycanın Kubadakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunmuş video nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri