Icma.az
close
up
RU
“Kubinka”da daş yağışı: “Vialon” sakinlərin əmlakına ziyan vurur VİDEO

“Kubinka”da daş yağışı: “Vialon” sakinlərin əmlakına ziyan vurur VİDEO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Kubinka” sakinləri ilə “Vialon” MMC arasına uzun müddətdir davam edən gərginlik artıq dözülməz həddə çatıb. Bu gərginliyə səbəb isə Əli bəy Hüseynzadə 75, ünvanında aparılan söküntü işləridir. Həmin ərazidə görülən işlər zamanı bir neçə sakinin əmlakına ciddi ziyan dəyib. Növbəti şikayətçi isə Zümrüd Ələsgərovadır.


O, baş verənlərlə bağlı Bakupost.az saytına müraciət ünvanlayıb.

Zərərçəkən bildirir ki, nizam-intizamsız aparılan söküntü işləri onun ticarət obyektlərinə ciddi zərər yetirib:

“Burda vəziyyət getdikcə çətinləşir. Beşmərtəbəli tikilini sökürlər. 2 saniyə söhbəti oldu, yoxsa yuxarıdan atılan daşlar insan ölümünə səbəb olacaqdı. Bütün aidiyyatı qurumlara şikayət etmişəm, tədbir görən yoxdur. Həyətim daşların içində qalıb. Heç nəyə fikir vermədən öz işlərinə davam edirlər”.

Şikayətçi kamera görüntülərini də saytımıza təqdim edib. Görüntülərdən aydın olur ki, söküntü işləri zamanı lazımı təhlükəsizlik tədbirləri görülməyib. Belə ki, şirkətin işçisi binanın 3-cü mərtəbəsinin suvağını dağıdır. Nəticədə suvağın böyük bir parçası Zümrüd Əsgərovaya məxsus obyektin damını dağıdır.

Şikayətçi şirkətin özbaşınalığına dərhal müdaxilə edilməsini, onun rəhbərliyi barəsində tədbir görülməsini istəyir. Onun sözlərinə görə, əks halda bu məsuliyyətsizlik daha ciddi faciələrlə nəticələnə bilər:

"Bu yaxınlarda söküntü zamanı binadan qopan beton qırıntıları qonşunun həyətinə düşdü və onu yaraladı. Hadisə yerinə təcili yardım, müvafiq qurumların əməkdaşları gəldi. Amma nəticəsi yoxdur, sakinlər köçürülmədən söküntü işləri davam etdirilir. Burada hər an faciəli hadisə yaşana bilər".

“Vialon” MMC ilə əlaqə yaratmağa çalışsaq da, zəgimizə cavab verən olmadı.

Aysel Məmmədli,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri