Kubok matçında “Bayer Leverkuzen” əlavə vaxtda “Paderborn 07”ni məğlub edib VİDEO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Almaniya Kubokunun 1/16 final mərhələsinin “Paderborn 07” və “Bayer Leverkuzen” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz-in məlumatına görə, “Home Deluxe Arena”da keçirilən oyun əlavə vaxtda qonaqların 4-2 hesablı qələbəsi ilə başa çatıb.
58-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Feliks Hetze meydandan qovulub və komandası on nəfərlə qalıb. İki dəqiqə sonra Alehandro Qrimaldo cərimə zərbəsi ilə hesabı açıb. Lakin Stefano Marino 90-cı dəqiqədə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta göndərib.
Əlavə vaxtda Sven Miçel “Paderborn”u irəli çıxarıb (96). Carrell Kuansa isə hesabı bərabərləşdirib (105+1). 120+2-ci dəqiqədə İbrahim Maza “Bayer”i irəli çıxarıb. Maza iki dəqiqə sonra ikinci qolunu vuraraq hesabı 4-2 edib.
Beləliklə, “Bayer” kubok uğrunda mübarizəni davam etdirərək 1/8 finala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















