Kubok oyununda 38 penalti VİDEO İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində az rast gəlinən hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, "Blekpul" öz meydanında "Aston Villa"nın U-21 komandası ilə qarşılaşıb.
İlk hissədə tamaşaçılar qol görməyiblər. İkinci hissənin lap əvvəlində meydan sahiblərinin 25 yaşlı yarımmüdafiəçisi Eliot Embleton hesabı açıb. Qonaqlar 78-ci dəqiqədə fərqləniblər: 18 yaşlı Camaldin Cimoh status-kvonu bərpa edib.
Ən maraqlısı isə penaltilər seriyasında baş verib. Komandalar qalibi müəyyənləşdirənə kimi 38 penalti zərbəsi yerinə yetiriblər. Rəqiblər hərəyə 19 cəhd edib.
Meydan sahibləri iki, qonaqlar bir penaltini qaçırıb. Sonuncu 38-ci penaltidən 26 yaşlı müdafiəçi Cordan Qabriel fərqlənə bilməyib. Maraqlıdır ki, eyni oyunçu “Blekpul”un 8-ci penaltisini uğurla yerinə yetirib.
"Aston Villa"nın U-21-i penaltilər seriyasında 18:17 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















