Kubokda 29 ildən sonra rekord təkrarlandı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən 6 qarşılaşmada 36 qol vurulub.
“Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.
Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.
Baxış sayı:71
Bu xəbər 09 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















