Kubokun finalı fərqli olacaq Bəhlul Mustafazadə
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Maraqlı oyun keçdi. Hər iki komandanın qol şansları var idi. Qalib də gələ bilərdik. Yekunda 1 xalla kifayətləndik”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.
O, budəfəki çempionluğu daha sakit qarşılamaları fikri ilə razılaşmayıb: “Deməzdim. Sadəcə bilirdik ki, bizi heç-heçə də qane edir. Qazanılan 1 xalla çempionluğumuzu rəsmiləşdirdik. Təbii ki, buna görə çox sevinirik”.
B.Mustafazadə kubokun finalının çempionat matçından fərqlənəcəyini bildirib: “Bu matçda baş məşqçimiz fərqli heyətə üstünlük vermişdi. Lakin kubokun finalı fərqli olacaq. Məncə, finalda hər iki komanda daha aqressiv oynayacaq. Biz də kuboku qazanmaq istəyirik, rəqib də. Buna görə də final çox gərgin keçəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















