Icma.az
close
up
RU
Küçədə ölüm ayağında olan oğlana sahib çıxdılar, sağaltdılar, ev verdilər VİDEO

Küçədə ölüm ayağında olan oğlana sahib çıxdılar, sağaltdılar, ev verdilər VİDEO

Icma.az, Bakupost saytına istinadən bildirir.


"2011-ci ildə Amid ailəsi tərəfindən xəstəxanamıza gətiriləndə, otağıma daxil olduğu an vəziyyətinin son dərəcə ağır olduğu aydın idi. Fallot Tetradasının gecikmiş və artıq ən ağır fəsadlaşmış mərhələsində idi. Endokardit səbəbindən ağciyərlərə və beyinə emboliyalar atılmış, beyində abses formalaşmışdı. Yüksək hərarət fonunda septik şok tablosuna girmək üzrə olan bir xəstə idi.Onun yanında olan, ailəsi kimi tanıdığımız yaxınları ilə uzun-uzadı söhbətlər apardıq. Açıq və dürüst şəkildə bildirdik ki, qarşıda bizi son dərəcə çətin, riskləri olduqca yüksək olan bir müalicə və əməliyyatlar zənciri gözləyir".


Bakupost.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, bu, təkcə bir ürək əməliyyatı deyildi:

"Prosesin beyin cərrahiyyəsinə qədər uzana biləcək, çox mərhələli və mürəkkəb bir yola çevrilə biləcəyini də izah etdik. Eyni zamanda onu da açıq söylədik ki, bütün səylərə baxmayaraq, bu yolun hər mərhələsində ümidsizlik anları yaşana, hətta Amidi itirmək riski ilə üz-üzə qalma ehtimalı yüksəkdir. Üstəlik, həmin dövrdə icbari tibbi sığorta sistemi mövcud olmadığından, aparılacaq bütün bu müalicələrin aylıq maddi yükü 20- 30 min manatdan də çox olabiləcəyi və bir də ailənin ortaya qoyacağı imkanların nəticəsiz qalma ehtimalı da vardı.

Məhz bu müzakirələr və hazırlıqlar davam edərkən aldığım bir məlumat isə hər şeyi kökündən dəyişdi.

Məlum oldu ki, Amidin yanında olan və ailəsi bildiyimiz bu insanlar onun nə valideynləri, nə də qohumlarıdır. Daha dərindən araşdırıldıqca ortaya çıxdı ki, Amid ümumiyyətlə öz valideynlərini, ailəsini, nəsil kökünü tanımır və xatırlamır. Həyatında bu baxımdan, özündən başqa heç kimsəsi yoxdur.

Sonradan öyrəndik ki, onu illər əvvəl üç qonşu tapıb. Uşaq yaşlarından etibarən səssiz-sədasız öz himayələrinə götürmüş, gündəlik baxımını, yeməyini, dərmanını, bütün ehtiyaclarını qarşılamış, heç kimə bildirmədən onun yaşaması üçün yollar axtarmışdılar. Xəstəxanaya gətirən, otağımda valideynləri kimi dayanan insanlar da məhz həmin qonşular imiş.

Bu həqiqəti öyrəndikdən sonra tərəddüd etmədən Heydər Əliyev Fonduna müraciət etdim. Məsələni çox hörmətli Anar Ələkbərova ətraflı şəkildə izah etdikdən sonra, qısa müddət ərzində Mehriban xanım Əliyevanın tapşırığı ilə Amidin müalicə və əməliyyat prosesinin həyata keçirilməsi üçün bütün imkanların səfərbər edilməsi barədə qərar verildi. Ölkə daxilində və ya zərurət yaranarsa xaricdə, əsas məqsəd ona sonuna qədər kömək etmək idi.

Ardıcıl açıq ürək əməliyyatlarından sonra ən çətin mərhələ başladı. Uzunmüddətli reanimasiya və müalicə prosesi. Müalicənin ikinci ayında tam ümidləri itirmək üzrə idik. Bu mərhələdə xəstənin başından bir an belə ayrılmayan, bu ağır mübarizəni gecə-gündüz davam etdirən mərhum italyalı professor Ermanno Mazza da bu hekayənin səssiz qəhrəmanlarından biri idi. Bu gün aramızda olmasa da, onun zəhməti və illərlə qurduğu məktəb bu nəticədə öz izini qoydu.

Bu mübarizə reanimasiya və xəstəxana divarları arasında 8 ay yarım davam etdi. Bütün risklərə, bütün ümidsizlik anlarına baxmayaraq, Heydər Əliyev Fondunun dəstəyi bir an belə kəsilmədi. Və nəticədə — komanda işi, dövlətin və Fondun dəstəyi, həkimlərin fədakarlığı və insanların duaları sayəsində Amid həyata döndü.

Bu gün, 13 il sonra, biz yenidən görüşürük. Və artıq Amid tək deyil. Onun şəxsi evi, ailəsi və övladları var. Sağlam, həyata tutunan, gələcəyə inamla baxan bir insandır.

Əziz dostlar, dəyərli həmvətənlər!

Bu canlı hekayə sadəcə bir əməliyyatın hekayəsi deyil.

Bu hekayə — insanlığın, vicdanın və ən çətin anda səssiz uzanan əllərin hekayəsidir!".

Yasəmən,

BakuPost





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri