Icma.az
close
up
RU
Küçədə yarışa çıxan yük maşınları: “Yəqin ki, DYP nin yeni planı var”

Küçədə yarışa çıxan yük maşınları: “Yəqin ki, DYP nin yeni planı var”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakıda yük maşınları ilə bağlı təhlükəli vəziyyətlər artır. 

Son günlər ard-arda baş verən qəza və insidentlər paytaxt sakinlərinin ciddi narahatlığına səbəb olub. Belə ki, iki gün əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində “KamAZ” markalı yük avtomobilinin idarəetməni itirərək minik maşınının üzərinə aşması faciə ilə nəticələnib. Hadisə nəticəsində yük maşınının sürücüsü və “Changan” markalı avtomobilin sərnişinləri həyatını itirib. 

Dünən isə Heydər Əliyev prospektində avtomobil daşıyan yük maşınının təhlükəli manevr etməsini əks etdirən görüntülər yayılıb. Yol polisi hadisə vaxtı ərazidə olub və təhlükəsizliyi təmin etsə də, yük maşınının hərəkəti 16 dəqiqəlik sıxlığa səbəb olub. 

Həmçinin, Bakı-Qazax magistralında Türkiyəyə məxsus yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. 

Ümumilikdə, Bakıda yük maşınlarının şəhərə giriş vaxtı və tonnaj məhdudiyyətləri ilə bağlı xüsusi qaydalar mövcuddur. Bəs bu qaydalar hansı prinsiplərə əsaslanır? Neçə tondan yuxarı yük maşınlarının hansı saatlarda paytaxta daxil olmasına icazə verilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ağırtonnajlı maşınların Bakıya girişinə gündüz saatlarında icazə verilmir: 

“Ağırtonnajlı nəqliyyat vasitələrinin Bakı şəhəri ərazisində hərəkəti səhər saat 07:00-dan axşam 21:00-dək qadağandır. Nəqliyyat vasitəsinin kütləsi isə 8 tondan artıq olmamalıdır”. 

Ekspert qeyd edib ki, ağırtonnajlı maşınlar gecə saatlarında sanki yarış təşkil edirlər: 

“Daha çox gecə saatlarında, şəhərə daxil olmasına icazə veriləndən sonra ağırtonnajlı avtomobillər sanki bir-biri ilə yarışa çıxırlar. Bu isə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradır. Onlar çox yüksək sürətlə hərəkət edir, hətta yarış təşkil edirlər. Belə məsuliyyətsiz sürücülər xüsusi nəzarətə götürülməlidir. Mən düşünürəm ki, xüsusilə də axşam 21:00-dan sonra bu avtomobillərlə bağlı xüsusi tədbirlər görülməlidir”. 

Eldəniz Cəfərovun sözlərinə görə, qayda pozuntusu olmadan yük maşınlarının saxlanılması düzgün addım sayılmır: 

“Yəqin ki, Dövlət Yol Polisinin bu məsələ ilə bağlı yeni planları var. Amma, məsələn, mən desəm ki, yük maşınları saxlanılsın və sürücülər yoxlanılsın, bu, artıq subyektiv yanaşma olar və qanunazidd addım sayılar. Çünki qayda pozuntusu olmadan hər hansı avtomobilin saxlanılması doğru deyil”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: yük maşını DYP Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri