Icma.az
close
up
RU
“Küçədən keçənlərə fəxri adlar verirlər...” İDDİA+FOTO

“Küçədən keçənlərə fəxri adlar verirlər...” İDDİA+FOTO

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnsanı həyatdan küsdürürlər, sənin yarın olmayan adamları xalq artisti edirlər. Sən də ən sonda çəkilib dayanırsan kənarda. Fəxri ad almaq üçün Mədəniyyət Nazirliyinə 5 dəfə təqdimatım gedib. Bu təqdimatların ikisini Milli Məclisin Mədəniyyət komissiyası irəli sürüb və bildirib ki, bu adamın iş stajına fəxri ad düşür. Nəinki xalq, heç əməkdar artist adı da verməyiblər. Həyatı boyu mənə heç nə verilməyib. Mən o qapını döymürəm, getmirəm, istəmirəm də. Mən qapı-qapı düşüb kimlərdənsə xahiş etməliyəm? O qədər tələbələrim, mükafatlarım, tamaşalarım, rollarım var. Yaltaqlana bilmirəm, heç kimdən heçnə xahiş edə bilməmişəm. Həmişə mənə qarşı qruplar olub ki, qoymayın İntiqam irəli getsin”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İntiqam Kərimov deyib. O daha sonra əlavə edib:

“Mənim keçən yay yox, ondan əvvəlki yay da nazirliyə təqdimatım gedib. Mən gedib kimə nə deyim ki? Əslində təqaüd, kimə lazım deyil ki? Bizim də dolanışığımız yaxşı deyil. Küçədən keçən adamlara fəxri adlar, evlər, təqaüdlər verdilər. Bizə düşmür də. Nə edək? Amma mən Azərbaycanda çox nadir insanlardanam ki, həyatımı mədəniyyətə, musiqiyə həsr etmişəm” deyə müğənni bildirib.

İntiqam Kərimov deyir ki, bir çox sənət yoldaşları ona paxıllıq edib, yolunu kəsiblər:

“Mən Moskvadan Azərbaycana gələndə populyar rok ifaçısı idim. İndiki Heydər Əliyev sarayının səhnəsinə uzun saçlarla, rokçu imicində çıxanda ön sırada oturmuş böyük sənətkarlar hamısı üzümə təəccüblə baxmışdılar. O konsertdən sonra mənə çox dəvətlər gəldi, lakin son anda hamısında adım siyahıdan çıxarılırdı. Sən demə onların gözləri məni götürmür. Bu haqda mənə mərhum xalq artistimiz Yalçın Rzazadə dedi. Amma mən ondan heç kimin adını istəmədim. Ona görə ki, həmin insanlara qarşı məndə istəmədim ikrah hissi yaransın. Çünki mən bir az da əsəbi, hövsələsiz adamam. Yalçın Rzazadə ölümündən 2 ay öncə məndən halallıq istəyib dedi ki, mən həmin o insanlara mane olmadım, danışmadım. Mən nə deyə bilərdim?” deyə İntiqam Kərimov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri