Küçələrdə sürücüsüz taksilər olacaq Çindən növbəti inqilab
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çinin nəhəng avtomobil istehsalçısı "Geely Holding Group"un bölməsi olan "CaoCao Inc" şirkəti yaxın illərdə dünya miqyasında sürücüsüz taksilərin (robotaksi) kütləvi tətbiqinə başlamağı hədəfləyir.
Ölkə.Az-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin baş direktoru Qun Sinyi bildirib. Şirkətin bu sahədəki inkişaf planı bir neçə mərhələni əhatə edir:
2027-ci il: Xüsusi olaraq bu məqsəd üçün hazırlanmış minlərlə pilotsuz taksinin kütləvi istehsalına və istismarına başlanacaq.
2028-ci il: Robotaksilərin qlobal bazarda kütləvi şəkildə yayılması gözlənilir.
2030-cu il: Şirkətin sürücüsüz avtomobil parkının 100 min vahidə çatdırılması planlaşdırılır.
"CaoCao" Çinin aparıcı avtomobil istehsalçılarından biri olan "Geely" qrupuna daxildir və əsasən onlayn taksi sifarişi xidmətlərinin inkişafı ilə məşğul olur. Şirkətin bu addımı nəqliyyat sektorunda texnoloji inqilabın növbəti mərhələsi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 Aprel 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















