Icma.az
close
up
RU
Küçələri bürüyən toy tüstüsü

Küçələri bürüyən toy tüstüsü

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir – havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür.

Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə əməl etmir. Nazirlik sahibkarları xəbərdar edir ki, texniki çatışmazlıqlar aradan qaldırılmasa, qanun pozuntularına yol verənlər barəsində inzibati tədbirlər görüləcək. Amma sual açıq qalır: bu monitorinqlər real vəziyyəti dəyişəcəkmi, yoxsa sakinlərin narazılığı yenə də davam edəcək?

"Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirir ki, şadlıq evləri və restoranlardan yayılan tüstü ilə bağlı rəhbərlik etdiyi təşkilata da mütəmadi şikayətlər daxil olur. Onun sözlərinə görə, məsələ dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdırılıb. Nazirlik monitorinqlər keçirir, sahibkarlara cərimələr tətbiq edir. Lakin görülən tədbirlər real nəticə vermir.

İradə Həsənova hesab edir ki, əsas problem sahibkarların məsuliyyətsiz yanaşmasındadır: "Düzdür, monitorinqlər aparılır, cərimələr yazılır. Amma çox təəssüf ki, sahibkarlar cəriməni ödəyib, sonra yenə də istədikləri kimi fəaliyyətlərini davam etdirirlər. Əslində həmin obyektlərdə xüsusi filtr və qurğular quraşdırılmalıdır ki, tüstünün qarşısı alınsın. Bəzi iri və məsuliyyətli sahibkarlar buna diqqət yetirirlər, amma bir çoxları hələ də laqeyd davranır. Onlar yalnız öz qazancını düşünür, insanların sağlamlığına, ətraf mühitə heç bir önəm vermirlər. Halbuki havanın çirklənməsi təkcə o küçədə yaşayanları deyil, ümumən bütün cəmiyyəti zərbə altında qoyur. Bu dünyada onların da yaxınları, övladları, doğmaları yaşayır və havanın zəhərlənməsi onlara da təsir edir”.

Ekspertin sözlərinə görə, məsələ yalnız dövlət qurumlarının nəzarəti ilə həll olunmayacaq. İctimai nəzarət, sosial şəbəkələrdə aktiv müzakirə və maarifləndirmə də paralel aparılmalıdır: "Çox istəyərdim ki, bu məsələyə daha ciddi yanaşaq. Sosial şəbəkələrdə bu barədə daha çox tənqidi yanaşmalar ortaya qoyulsun. Yerli icra hakimiyyətləri, bələdiyyələr, vətəndaş cəmiyyəti nümayəndələri birgə çalışmalıdırlar. Maarifləndirmə işi aparılmalı, sahibkarlara iqlim dəyişikliyinin hansı təhlükələr yaratdığı izah edilməlidir. Ola bilsin ki, bəzi sahibkarlar bunun zərərlərini sadəcə bilmirlər. Biz bu gün tədbir görməsək, gələcək nəsillərin sağlamlığı təhlükə altında qalacaq”.

İradə Həsənova əlavə edir ki, məsələnin kökündə yalnız filtr və tüstü problemi deyil, həm də şadlıq saraylarının sayının həddindən artıq çoxluğu dayanır: "Dünyanın heç bir ölkəsində bu qədər şadlıq evi yoxdur. Bizim ölkənin ərazisi və əhalisi ilə müqayisədə obyektlərin sayı həddən artıqdır. Yemək-içmək, restoran mədəniyyəti şişirdilib. İsrafçılıq çox böyük həddədir. Bu da təbiətə, resurslara, həm də insanların sosial davranışına mənfi təsir edir. Artıq bu tendensiyanın qarşısı alınmalı, israfçılığa son qoyulmalıdır”.

Ekspert hesab edir ki, problemin köklü həlli üçün cərimələrin məbləği də artırılmalıdır: "Hazırkı cərimələr çox aşağıdır. Sahibkar onu ödəyib rahatlıqla fəaliyyətinə davam edir. Əgər cərimə məbləği ən azı 5-10 min manat olsa, sahibkar məsuliyyəti dərk edəcək. O zaman filtr qurğularını vaxtında dəyişməkdə, havaya buraxılan tullantını azaltmaqda maraqlı olacaq. Təcrübə göstərir ki, bəzi hallarda maarifləndirmə kifayət etmir. Ən təsirli vasitə cəza tədbirlərinin sərtləşdirilməsidir. İnsan yalnız o zaman məsuliyyətini anlayır ki, qarşısında ciddi maliyyə itkisi durur. Əgər bu addımlar atılarsa, qısa müddətdə real nəticələr əldə etmək mümkündür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyir ki, monitorinqlər sahibkarları daha məsuliyyətli olmağa vadar edir. Onun sözlərinə görə, 2018-ci ildən iri restoranlarda filtr qurğularının istifadəsi ciddi şəkildə nəzərə alınır. Mərkəzi ərazilərdə bu istiqamətdə vəziyyət artıq əhəmiyyətli dərəcədə yaxşılaşıb, tüstü və ətraf mühitə ziyan verən hallar minimuma enib. İri şadlıq evlərinin çoxu artıq tüstünü neytrallaşdıran qurğular quraşdırıb. Lakin şəhər kənarlarında və rayonlarda hələ də problemlər mövcuddur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bəzi sahibkarlıq subyektləri dövlətin onlara yaratdığı biznes mühitindən sui-istifadə edirlər: "Bu problem ölkədə illərdir yaşanır. Əlbəttə, vətəndaşlar şikayətlərində haqlıdırlar. Əslində tüstünün açıq havaya ötürülməsinin qarşısını almaq sadə bir işdir. Restoran və şadlıq evləri üçün nəzərdə tutulmuş böyük ölçülü aspiratorlar var. Restoran sahibləri bunları alıb quraşdırmalı, tüstünün, qoxunun ətrafa yayılmasının qarşısını almalıdırlar. Amma əksəriyyəti əlavə xərc çəkmək istəmir. "Tüstüdür də, havaya ötürüləndə nə olacaq?”, - deyib məsuliyyətsiz davranış nümayiş etdirirlər. Zərər çəkən ətrafda yaşayan sakinlər və ümumilikdə ekoloji mühitdir”.  

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri