“Kühül dağı“nın mistikası VİDEO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Paytaxtın mərkəzindən təxminən 10 km aralıda yerləşən bu dağ haqqında əhvalatlar danışılır, ətəyindəki mağara isə sirli hesab olunur. Ətrafda yaşayış var, amma dağa qalxdıqca qəribə bir mistik abu-hava yaranır, insanı səs-küydən uzaqlaşdıran sakitlik çökür.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, mağara Kühül dağının ətəyində yerləşir. Adının əvəllər Razin mağarası olmasının da tarixçəsi var. Belə ki, Don kazakı olan Stepan Razin rus tarixşünaslığında quldur-üsyançı kimi xatırlanır. 1668-ci ilin yayında Volqadan çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və Dərbəndlə Bakı arasında o, sahil boyu kənd və obaları talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır, dincəlir, sonra yenə yoluna davam edir. Belə düşərgələrdən biri də Xəzərin sahilində, Bakıxanov qəsəbəsinin yerləşdiyi ərazidə, dağın ətəyində idi. Burada bir necə ay dincələn Stepan Razin yenidən Bakıya hücum edir. Bakını tuta bilməyən quldur şəhərin ətrafındakı kəndləri qarət edir, ələ keçirdikləri qənimətləri də bu mağarada saxlayır.
Sonralar yerli əhali tərəfindən Razin mağarası kimi tanınan bu mağara hazırda Kühül mağarası adlandırılır. Hətta, rəvayətə görə, bu mağarada xəzinə dəyərində qızıl basdırılıb və hələ də aşkarlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Oktyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















