Icma.az
close
up
RU
“Kukla” oyunları Şahramanyanı da sələflərinin taleyi gözləyir

“Kukla” oyunları Şahramanyanı da sələflərinin taleyi gözləyir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2023-cü ildə ləğv edilmiş qondarma rejimin parlamenti Aşot Danielyanı “sədr” seçib. 

Gələn həftə “Dağlıq Qarabağ Respublikası”nın “president”i seçiləcək. Uydurma qurumun sonuncu rəhbəri Samvel Şahramanyanın yenidən bu posta seçiləcəyi gözlənilir. “Lakin Ermənistan hakimiyyəti onun əleyhinə işləyir”-bunu bu barədə uydurma rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan deyib. Özünü qondarma parlamentin “deputatı” adlandıran Metakse Akopyan isə bildirib ki, rejimin rəhbəri Samvel Şahramanyanın “prezidentlik” müddəti mayın 21-də başa çatdığından, onun səlahiyyətlərini Aşot Danielyana keçir. 

Qeyd edək ki, “Hraparak” nəşri oyuncaq qurumun başına yenidən Samvel Şahramanyanın gətiriləcəyini istisna etməyib. Qəzetin yazdığına görə, “seçki”lərin keçirilməsi mümkün olmadıqda, “prezident” səlahiyyət müddəti bitdikdən sonra 10 gün ərzində ləğv edilmiş rejimin parlamenti tərəfindən seçilir. Bu məqsədlə qondarma parlament fraksiyaları namizədlər irəli sürməlidir. 17 “deputat”ın səsini toplayan şəxs cinayətkar rejimin növbəti prezidenti olacaq. 

“Aldığımız məlumata görə, indiyədək heç bir qüvvə öz namizədini irəli sürmək niyyətini bəyan etməyib. Ona görə də Samvel Şahramanyan parlamentdə vahid namizəd ola bilər”,-deyə məlumatda bildirilir. Lakin 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca keçmiş separaçtı rejimin qalıqlarının fəallaşması yalnız revanşist müxalifətin mövqeyini möhkəmləndirən amildir. 

Bu isə seçkilərə təxminən bir il qalmış Nikol Paşinyan hakimiyyəti üçün arzuolunan deyil. Qeyd edilən səbəbdən, uydurma rejimi bərpa etmək və ya onun rəhbərliyinə gəlmək istəyənlər dözlət içində “dövlət” istəməyən Nikol Paşinyanın hədəfinə gələ bilər. Barəsində cinayət işi açılmış, xidməti avtomobili müsadirə edilmiş Samvel Şahramanyana qarşı növbəti təzyiqlərin baş verəcəyi istisna edilmir. Samvel Babayan da Ermənistan hakimiyyətinin Şahramanyanın əleyhinə işlədiyini deməklə məhz bunu nəzərdə tutur”. 

“Hraparak” qəzetinin mayın 22-də yaydığı bir məlumat isə vəziyyətin tamamilə əksinə dəyişdiyini göstərir. Qeyd edilir ki, son aylar Ermənistan hakimiyyəti uydurma rejimə münasibətdə qeyri-adi loyallıq nümayiş etdirir. 

Bir neçə ay əvvəl onlar dövlət daxilində “dövlət”ə dözməyəcəkləri ilə öyünən Ermənistan hökumətinin indi bir çox məsələlərə göz yumması müşahidə olunur. Əvvəllər “rejim”in fəallarını “Artsax”ın dövlət institutlarının saxlanması məsələsini belə nəzərdən keçirməyəcəkləri ilə hədələyirdilərsə, adıçəkilən nəşr hazırda fərqli vəziyyətin yarandığını yazır. 

“Onlar nə “Artsax konstitusiyası”na “prezident” və “parlament” institutlarının qorunub saxlanmasına imkan verən düzəlişlər ediləndə, nə də Samvel Şahramanyan “Artsax”ın buraxılması haqqında fərman verəndə öz sirlərini açdılar. 

“Artsax parlamenti” gələn həftənin sonuna kimi yeni “prezident”i seçməli olduğu halda onlar hələ susurlar. Mənbələrimiz bildirir ki, Ermənistan hakimiyyəti Rusiyadan xəbərdarlıq alıb və susqunluqlarının səbəbi də budur. Bildirilib ki, “Artsax”ın “dövlət” institutları ən azı formal olaraq qorunub saxlanılmalı və “Artsax” məsələsi tamamilə bağlanmamalıdır”. 

“Hraparak”ın bu məqaləsi separatçı qalıqların fəallaşması və uydurma seçkilərin keçirilməsi istiqamətində son vaxtlar atılan addımların əslində, Rusiya və Ermənistan rəhbərliyi arasında artan siyasi təmaslar fonunda razılaşdırıldığını deməyə əsas verir. Seçkilərdə revanşist müxalifət üzərində qələbə qazanmaq istəyən Nikol Paşinyan Rusiya ilə münasibətləri gərginləşdiməmək üçün müəyyən kompromislərə gedir. 

Görünür, İrəvan Moskvanın qondarma rejimə toxunmamaq şərtini məqbul hesab edib. Əslində, qondarma rejimi aktivləşdirmək Paşinyana seçkiqabağı daxili ictimai rəylə siyasi manipulyasiya etmək üçün də lazımdır. 2021-ci ildə olduğu kimi, bu dəfə də Qarabağ klanının və revanşist müxalifətin seçki prosesinə buraxılması Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyətə qayıtmasını istəməyən Ermənistan cəmiyyətini ən yaxşı pisə, yəni Paşinyana səs verməyə məcbur edə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Şahramanyan Paşinyan qondarma rejim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri