Icma.az
close
up
RU
Kuklaçıların bayram sovqatı

Kuklaçıların bayram sovqatı

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında  sənət ocağının həssas qruplardan olan uşaqlara bayram sovqatı “Şaxta Baba haradadır?”  tamaşasının premyerası oldu.

Belə ki, hər il olduğu kimi,  bu il də premyeranın ilk qonaqları Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əllliyi olan uşaqlar oldu.

Onlar əvvəlcə kuklaçıların Müstəqil “Oyuq” Uşaq Teatrı yetirmələri ilə birgə oyunun məhsulu olan tamaşaya baxdılar, ardınca bayram hədiyyələrini aldılar.

Qeyd edək ki, birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova və digərləri canlandırırlar.

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.

Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun  kəsb etsə də burada əsas mahiyyət balaca tamaşaçılara  xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.

Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, az qala hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.

Macəra dolu tamaşa 28 dekabr 2024-cü il – 5 yanvar 2025-ci il tarixlərində hər gün dörd seans (12, 14, 16, 18.00) nümayiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see408

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see263

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see261

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see255

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see247

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see243

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see238

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see237

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see236

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see235

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see232

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see229

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see228

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see215

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see214

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see212

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see211

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see193

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see189

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri