Icma.az
close
up
RU
Külək əsdi, Bakıda tozanaq qopdu səbəblər nədir?

Külək əsdi, Bakıda tozanaq qopdu səbəblər nədir?

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Bir həftəyə yaxın davam edən cənub - gilavar küləyi Bakıda və Abşeron yarımadasında rütubətli, boğucu hava şəraiti yaratmışdı. Paytaxt sakinləri səbirsizliklə şimaldan əsən xəzrini gözləyirdi. Nəhayət, gözlənilən baş verdi – güclü xəzri küləyi isti havanı dağıtdı, temperaturu aşağı saldı. Bu dəfə də nəfəs alma rahatlaşmadı. Xəzri küləyi özü ilə başqa bir problem gətirdi. Bakının müxtəlif ərazilərində toz buludları yaranıb. Vəziyyət o yerə çatıb ki, görünüş məsafəsi azalıb. Küçələr, avtomobillər və həyətlər qısa müddətdə toz təbəqəsi ilə örtülüb. Sosial şəbəkələrdə yayılan görüntülər də göstərir ki, bəzi ərazilərdə vəziyyət demək olar ki, qum fırtınasını xatırladır. Paradoks ondadır ki, bakılıların günlərlə arzuladığı xəzri küləyi boğucu havanı dağıtsa da, şəhərin illərlə yığılıb qalan ekoloji problemlərini də üzə çıxardı. Əslində günah küləkdə deyil. Xəzri sadəcə şəhərdə mövcud olan tozu havaya qaldırır. Əgər tikinti sahələri, karxanalar, açıq torpaq massivləri və rekultivasiya olunmamış neft əraziləri lazımi qaydada idarə olunsa, Bakıda güclü külək yenidən yalnız sərinlik və təmiz hava ilə xatırlanar, toz fırtınaları ilə deyil.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

Musavat.com xəbər verir ki, bu haqda "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir: "Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Müşahidə olunan tozanağın mənbəyi bilinirmi?

Bakı tarixən "Küləklər şəhəri" kimi tanınıb. Xəzri Abşeronun ən xarakterik təbii hadisələrindən biridir. Bu külək bəzən bir neçə gün, hətta bir həftəyə qədər davam edir, sürəti isə 30-40 metr/saniyəyə çata bilir. Onun əsas üstünlüyü havanı sərinləşdirməsi və atmosferdəki çirkləndirici qazların dağılmasına kömək etməsidir. Amma bunca toz-tozanaq soz zamanlar qopur. Aydındır ki, külək yalnız mövcud olan tozu havaya qaldırır. Əgər şəhərdə toz mənbələri olmasa, xəzri belə güclü tozanaq yaratmaz.

Mütəxəssislər deyirlər ki, son illər Bakıda yüzlərlə yaşayış kompleksi, yol və infrastruktur layihəsi həyata keçirilir. Bir çox tikinti sahələrində açıq torpaq sahələri uzun müddət örtülmür. Torpaq və tikinti tullantıları nəmləndirilmir, yük maşınları təkərlərini təmizləmədən şəhər küçələrinə çıxır. Tikinti materialları açıq şəkildə saxlanılır. Güclü külək zamanı həmin torpaq və qum hissəcikləri kilometrlərlə uzağa daşınır. Tikinti normalarında nəzərdə tutulan suvarma və tozun qarşısını alan tədbirlər hər yerdə eyni səviyyədə tətbiq olunmur. Abşeron yarımadasında, xüsusilə Bakı kəndləri – Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisində, Seabrezze yolunun kənarında qum karxanası, Nardaran və Bilgəh qəsəbələri ərazlərində daş karxanalar, Xəzər rayonu Türkan və Zirə, Qaradağ rayonu, Səngəçal və Qobustan, Abşeron rayonu, Güzdək və Qobuda, Sumqayıt-Saray istiqamətində, Masazır və Hacı Tağıyev qəsəbələrinin ərazilərində karxana sahələri əsas toz mənbələrindən hesab olunur. Karxanalarda qazıntı işləri, yük avtomobillərinin intensiv hərəkəti, açıq qum yığınları və örtülməmiş istehsal sahələri küləkli havalarda böyük həcmdə tozun atmosferə qarışmasına səbəb olur.

Xəzri küləyi isə həmin hissəcikləri yaşayış məntəqələrinə, Bakı istiqamətinə qədər gətirə bilir. Abşeronun böyük hissəsi yarımsəhra landşaftına malikdir. Burada köhnə neft mədənləri, rekultivasiya olunmamış torpaq sahələri, qurumuş lil, şlam meydançaları və bitki örtüyü zəif olan ərazilər külək üçün hazır toz mənbəyidir. Yağıntının az olduğu yay aylarında torpaq tamamilə quruyur və güclü külək onu asanlıqla havaya qaldırır. Ekoloqlar uzun illərdir bildirirlər ki, yaşıllıq küləyin sürətini azaldan təbii sipər rolunu oynayır. Ağac və kol zolaqları torpağı bərkidir, qumun hərəkəti zəiflədiyindən havadakı toz hissəciklərini saxlayır. Son illərdə Bakıda geniş yaşıllaşdırma işləri aparılsa da, tikinti tempinin yüksək olması bəzi ərazilərdə yaşıllıq balansını zəiflədib. Son illər uzunmüddətli quraqlıq, yağıntının azalması, torpağın daha çox quruması da Abşeron yarımadasında tozun yaranması riskini artırır. Yəni əvvəllər eyni gücdə əsən külək bu qədər toz qaldırmırdısa, indi quru torpaq daha asan parçalanaraq atmosferə qarışır.

Tozanaq yarımada sakinləri üçün, xüsusilə sağlamlıq problemləri olanların durumunu bir qədər də ağırlaşdırır. Astma xəstələri, allergiyası olan şəxslər, yaşlı insanlar və uşaqlar üçün havadakı xırda toz hissəcikləri ciddi sağlamlıq riski yaradır. Belə günlərdə həkimlər açıq havada uzun müddət qalmağı məhdudlaşdırmağı, pəncərələri bağlı saxlamağı və zərurət olduqda qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər.

Bakı və Abşeron yarımadasında tozanağın qarşısını tam almaq mümkün olmasa da, onun miqyasını əhəmiyyətli dərəcədə azaltmaq olar. Bunun üçün tikinti meydançalarında müntəzəm suvarma aparılmalıdır. Açıq torpaq sahələri örtülməli və ya bərkidilməlidir. Karxanalarda toz əleyhinə sistemlər tətbiq olunmalıdır. Neftlə çirklənmiş və istifadəsiz torpaqlar rekultivasiya edilməli, karxanaların fəaliyyəti mümkün qədər məhdudlaşdırlmalıdır. Abşeron boyunca yeni yaşıllıq zolaqları salınmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri