Icma.az
close
up
RU
Küləkli hava ilə bağlı həkimdən XƏBƏRDARLIQ KONKRET

Küləkli hava ilə bağlı həkimdən XƏBƏRDARLIQ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Küləkli və soyuq havaların qrip virusunun yayılmasına təsiri ilə bağlı müzakirələr davam edir. Bəziləri belə hava şəraitinin xəstəliklərin artmasına səbəb olduğunu düşünsə də, mütəxəssislər məsələyə fərqli prizmadan yanaşırlar. Bəs, küləkli hava qrip virusunun yayılmasını daha da sürətləndirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, küləkli və soyuq hava birbaşa virusların yayılmasını sürətləndirmir. Onun sözlərinə görə, əksinə, mənfi temperatur virusların zəifləməsinə səbəb ola bilər:

“Virusların soyuğa qarşı davamlılığı yoxdur. Mənfi temperatur əslində virusun azalmasına təsir göstərir. Yəni küləkli və soyuq hava virusun yayılması üçün əlverişli şərait yaratmır. Lakin insan orqanizmi bu vəziyyətə fərqli reaksiya verir”.

Həkim qeyd edib ki, əsas problem immun sistemi zəif olan insanlarda yaranır. Soyuq hava orqanizmin müqavimətini aşağı saldıqda müxtəlif xəstəliklərə yol açır:

“İmmuniteti aşağı olan şəxslərdə soyuq hava mənfi təsir göstərir. Soyuqdəymə, qrip, daxili orqanların soyuqlaması kimi hallar baş verə bilər. Xroniki xəstəliyi olan insanlarda isə bu problemlər daha da kəskinləşir”.

Günay Lətifova vətəndaşlara bu cür hava şəraitində özlərini qorumağı tövsiyə edib.

Onun sözlərinə görə, immunitetin gücləndirilməsi üçün təbii qidalardan istifadə edilməli, narahatlıq yarandıqda isə özbaşına müalicədən qaçınılmalıdır:

“Belə havalarda diqqətli olmaq vacibdir. Sağlam qidalanma immun sistemini möhkəmləndirir. Hər hansı narahatlıq olduqda mütləq həkimə müraciət edilməlidir”.

Beləliklə, mütəxəssislərin fikrincə, küləkli və soyuq hava qrip virusunun yayılmasını artırmasa da, insan sağlamlığına dolayı yolla təsir göstərərək xəstəlik riskini yüksəldə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri