Küləkli hava: xəsarət alanlar var KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
“Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar”, – məlumatda bildirilib.
Baxış sayı:72
Bu xəbər 08 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















