Küləkli havada iş dayandırılacaq Yeni qayda KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni ilk oxunuşda qəbul edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Baxış sayı:63
Bu xəbər 16 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















