Icma.az
close
up
RU
Kulevi Qara dənizdə neft terminalımız

Kulevi Qara dənizdə neft terminalımız

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinə məxsus Kulevi neft terminalı vasitəsilə, ümumilikdə, 2,5 milyon ton yük aşırılıb. Bunun da 950 min tonu Azərbaycan mənşəli, 1 milyon 550 min tonu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə adıçəkilən terminal vasitəsilə aşırılmış yük 2,16 milyon ton olub. Beləliklə, 2024-cü ildə yük həcmi əvvəlki illə müqayisədə 349 min ton çox olub.

Xatırladaq ki, Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalı və dəniz limanı 2008-ci il mayın 16-da fəaliyyətə başlayıb. Bir ay sonra limana ilk tanker yan alıb. Ötən 17 ildə terminalın tutumu, eləcə də limanın qəbuletmə, yükləmə və yolasalma əməliyyatları xeyli artırılıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi – Poti polad magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu da ahəngdar rejimdə fəaliyyət göstərir. Bütövlükdə isə, terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir.

Yeri gəlmişkən, illik yükdaşıma gücü 10 milyon tona qədər olan terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Kulevi terminalının xidmətlərinə dəmir yolu ilə karbohidrogen və neft-kimya məhsullarının qəbul edilməsi, çənlərə nəql olunması, saxlanılması, gəmilərə yüklənməsi və liman qurğularının istismarı daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri