Icma.az
close
up
RU
Külli miqdara pul köçürmələri, kupon rəsmləri, WhatsApp yazışmaları

Külli miqdara pul köçürmələri, kupon rəsmləri, WhatsApp yazışmaları

Icma.az bildirir, Milli.az portalına istinadən.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən futbolda mərc iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan futbolçular, klub rəhbərləri və hakimlərin də aralarında olduğu 39 şübhəli tibbi müayinədən sonra məhkəməyə göndərilib.

Milli.Az xəbər verir ki, 4 nəfərin istintaq sənədləri ortaya çıxıb.

Fənərbağça klubunun kapitanı olan futbolçu Mert Hakan Yandaşın şübhəli Ersen Dikmen ilə 04.12.2021 - 26.10.2025 tarixləri arasında ümumilikdə 4 milyon 453 min 62 TL məbləğində pul transferi həyata keçirdiyi müəyyən edilib.

Dikmen Yandaşdan aldığı pulları qısa müddətdə qanuni mərc saytlarına köçürüb.

Dikmenin Yandaşa 2 milyon 60 min 74 TL geri göndərdiyi aşkarlanıb.

Yandaşın cihazlarında aparılan rəqəmsal araşdırma zamanı Fənərbağça matçları da daxil olmaqla bir çox oyuna aid mərc kuponlarının görüntüləri tapılıb.

Qalatasaray futbolçusu Metehan Baltacı haqqında istintaq yazısında bunlar yer alıb:

Rəsmi "Nesine" mərc platformasına üzvdür.

Qalatasarayda oynadığı dövrdə 27 oyuna mərc qoyub.

2021-ci ilə aid mesajlarında "Vevobahis" adlı qanunsuz mərc saytına aid kupon şəkli tapılıb.

2024-cü ildə Eyüpspor-da oynadığı zaman "Ufuk" adlı şəxsə "Urfa Eyüp KG" (hər iki komanda qol vurur) tipli kupon məsləhəti verdiyi aşkarlanıb.

"Tipo90", "Totobo", "Holiganbet" kimi qanunsuz saytlarına istifadəçi adı və şifrə ilə giriş etdiyi müəyyən edilib.

İstintaqa görə Baltacı şəxsi qazanc məqsədi ilə mərc oynayaraq oyunların nəticələrinə təsir edə biləcək davranışlarda olub.

Adana Demirsporun keçmiş rəhbəri Murat Sancak barəsində hazırlanan MASAK hesabatında bunlar qeyd edilir:

2017-ci ildən bu yana öz hesabları arasında olan əməliyyatlar xaric, ümumilikdə

1.157 əməliyyatda 1 milyard 226 milyon TL daxilolma

8.799 əməliyyatda 1 milyard 197 milyon TL çıxış
qeydə alınıb.

Özünün və ortaqları olduğu şirkətlərin Adana Demirspor qurumları ilə çox yüksək məbləğli maliyyə tranzaksiyaları var.

Qanunsuz mərc fəaliyyəti ilə əlaqəsi şübhə doğuran şəxslərlə çox sayda pul transferi aşkar edilib.

Mənşəyi bilinməyən böyük məbləğdə nağd pul əməliyyatları mövcuddur.

Barəsində axtarış olan Metin Korkmaz ilə də yüksək məbləğdəı pul köçürmələri qeydə alınıb.

Antalyaspor A.Ş.-nin keçmiş ikinci başqanı olan Emrah Çelik barədə:

Açıq mənbələrdə onun rəhbərlik etdiyi dövrdə Antalyaspor matçlarına mərc etdiyi haqqında məlumatların olduğu göstərilir.

2019-2024-cü illər arasında Antalyaspor oyunlarına dair çox sayda qanuni mərc əməliyyatı aşkarlanıb.

İstintaq davam edir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri