Külli miqdarda narkotikin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Icma.az bildirir, Missiya.az portalına istinadən.
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Missiya.Az Komitəyə istinadən xəbər verir ki, DGK-nın Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















