Külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb.
Bu barədə Axar.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd "Platinium Seven" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baxış sayı:42
Bu xəbər 28 Dekabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















