Icma.az
close
up
RU
Külli miqdarda spirtli içki marketlərdən YIĞIŞDIRILDI: saxta imişlər...

Külli miqdarda spirtli içki marketlərdən YIĞIŞDIRILDI: saxta imişlər...

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin iyul - avqust aylarında Dövlət Vergi Xidmətinin müxtəlif sahibkarlıq subyektlərində keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb.

DVX-dən Lent.az-a verilən məlumata görə, yoxlamalar Bakı şəhəri, Abşeron, Qusar və Göyçay rayonlarında keçirilib.

Nəticədə Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1.491 ədəd, Mehdiabad qəsəbəsində Osmanov Kamran Mair oğlunun və Rəsulov Orxan Valeh oğlunun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda “P1ONEER” MMC-yə aid anbarda və Aydınov Fətulla Abdulla oğluna məxsus satış obyektində müvafiq olaraq 3.012 və 608 ədəd, Göyçay rayonunda isə Məmmədov Elvin Əlövsət oğluna məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6.552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.

Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində Rəhimov İsrafil Əvəz oğlu və Məmişov Elgün Əlixan oğlunun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb. Keçirilmiş əməliyyat təbdiri zamanı 12.700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2.604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.

“Aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək”-məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri